lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu eşqin düşgünü – aygün kazımova

Loading...

yerişin nəydi, nəydi gülüm
qamətimi əydi, əydi gülüm
xəbərsiz, soraqsız gedib
xəbərsiz, soraqsız gedib
ürəyimə dəydin gülüm

ömür yollarda köç kimi (köç kimi)
sevdasız ömür heç kimi (heç kimi)

fələyə, fələyə can verməsəm də
olmuşam, olmuşam eşqin düşgünü. (x2)

ürəyim bir də gülməz daha
bu dərdimi kimsə bilməz daha
gecə-gündüz ağlaram
gecə-gündüz ağlaram
yar gözümü silməz daha

ömür yollarda köç kimi (köç kimi)
sevdasız ömür heç kimi (heç kimi)

fələyə, fələyə can verməsəm də
olmuşam, olmuşam eşqin düşgünü. (x2)

sənsizəm səni ana-ana
ürəyimdə tab yox bu hicrana
gözlərim yolunu gözlər
gözlərim yolunu gözlər
həsrətinə yana-yana

ömür yollarda köç kimi (köç kimi)
sevdasız ömür heç kimi (heç kimi)

fələyə, fələyə can verməsəm də
olmuşam, olmuşam eşqin düşgünü. (x2)

olmuşam, olmuşam…

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...