lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ayrılıq – badclause music

Loading...

[bənd 1]
burda sәnsiz әsir külәk, sәnsiz keçir zaman
sәnsiz otaq kiçilir, üstümә gәlir tavan
yağışlar da sәnsiz yağır, xәtrimә dәyir sәma
halsızam… sәnsizlik ziyandır sağlamlığıma

xәtrinә xoş olar bәndim
varlığınla nәfәs alan mәn idim, yox olan sәn idin
küpünә dolub*daşar, tökülәr yerә, toz olar sәbrim
intiharda tәk ümidim o ki, boşalar kәndir

isti otaqda donuram sәnsiz, dәrәcәm mәnfi
sәni sevirәm hәrdәn, amma arada yadıma gәlir sәhvin
ayrıldıq, uzaq düşdüm sәnә edәrәk ömrü tәhvil
gecә qucaqlayıb yatıram deyә tütün qoxur şәrfin

getdin bir gün, o günün ertәsi olmadı
ruhumu öldürdün, çox cismi yormadın
bir müddәt yox oldum, axtarmadın izimi, sormadın
sәn mәnim hәrşeyim oldun, mәndәn bir zibil olmadı

[nəqərat]
mәhәbbәt okeanında dәm vurar eşqdәn lәpәlәr
ayrılıqlar bol oldu, soyudum, axı hәr dәfә mәn
әgәr ki, sәndәn getsәm tut mәni, “getmә” denәn
yoxluğunda ruhum itir, bir şeirdir әrsә gәlәn
mәhәbbәt okeanında dәm vurar eşqdәn lәpәlәr
ayrılıqlar bol oldu, soyudum, axı hәr dәfә mәn
әgәr ki, sәndәn getsәm tut mәni, “getmә” denәn
yoxluğunda ruhum itir, bir şeirdir әrsә gәlәn

[bənd 2]
bilmirsәn nә demәkdir * bu şәhәrdә sәnsiz qalmaq
sәssiz qalmaq vә nәfәssiz qalmaq
başa düşmür mәni tәrs insanlar
şәk!llәrdә üzüm gülәr, amma mәni dәrdsiz sanma

vaxtilә qəsddin canıma, kədəri qəlbə həkk edən
sәn hәr gecә geri dönәn olardın, sәhәri günsә tәrk edәn
divarların da halı yoxdur ki, yumruğumu bәrkidә
biz bir ailә olmadıq ki, masaya vuraraq әrk edәm

ruhən ayrısan, şeirdə, sözdə mənimsən
mənim sükutumsan, susanda səsimə səmirsən
səni düşünməməyin tək yolu yuxuya getməkdir
o da ki, alınmır, yatan kimi yuxuma gəlirsən

sabahına unutmaram, mən hər gün “bu gün də sevirəm”
mən səni gülərək sevmirəm, can, hüznlə sevirəm
çıxıb getsən belə səhvinlə, düzünlə sevirəm
narahat olma. səni hər iki üzünlə sevirəm
[nəqərat]
mәhәbbәt okeanında dәm vurar eşqdәn lәpәlәr
ayrılıqlar bol oldu, soyudum, axı hәr dәfә mәn
әgәr ki, sәndәn getsәm tut mәni, “getmә” denәn
yoxluğunda ruhum itir, bir şeirdir әrsә gәlәn

mәhәbbәt okeanında dәm vurar eşqdәn lәpәlәr
ayrılıqlar bol oldu, soyudum, axı hәr dәfә mәn
әgәr ki, sәndәn getsәm tut mәni, “getmә” denәn
yoxluğunda ruhum itir, bir şeirdir әrsә gәlәn

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...