lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu kemang o – tefo

Loading...

bu gün də ağlımdasan amma xoş deyil
gözlər parıldayır amma sevinc deyil
mənə deyin nələr axı bəs edər ki, varlığımdakı təkliyim boş deyil
hər gün təbəssüm yalnız gülüşün
indi baxıram ətrafa insanlar gülüşür
sən may ayımın ən gözəl hədiyyəsi
ilk görüşdə də yadımda, ürək əsir
məncə bacarardıq ola bilərdik fərqli
bizdə yox nifrət, varıydı ancaq sevgi
mən səni layiq bilirdim təkcə özümə
ən yüksək zirvədə də sən idin gözümdə
özüm özlüyümdə bağışladım səni
yanımda olmasan ürəyim ancaq sənin
daha var qürurum sevgini əzir
sən adlı şəhzadə daha ürəyimdəki əsir
qara qəhərin içində tənha
qalmaram kədər içində daha
çox mu baha xoşbəxt sonluq?
sevgidən sonra alınmaz heç cür dostluq
hələ ki yazıram üzünə deməzdim
sən adda liman varsa ordan dönməzdim
dönməsə də artıq görüşmək, o vaxtlar
mən otururam sənsiz hələ də o parkda
bəs indi mənsizlik sənə bəs edir mi
əla olardı hər şey bilsəydin qədrimi
indi ürəyim qayıt sözünə təslimdi
mən sevirəm əbədi səndəki əksimi
inan ki qoyduğun boşluq birdə çətin dolar
səninçün ikinci mən birdə çətin tapılar
və bəzən sənsizliyə ürəyim dözməsə də
bəlkə də gəl demərəm yoxluğuna dözməsəm də
bu da yəqin sondu sonu var hər nağılın
sən mənim tək qayıtmadığım limanım
mən səndən sonra bildim nəşənin dadını
adın dəyişməzdi sən mənim tək qadınım

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...