lirik lagu aciz insan – promete
[bənd 1] [promete]
nə bir küçə, nə bir bucaq
nə bir qoca, nə bir uşaq
nə bir sətir, nə bir vərəq
ovutmur mahnılartək
yorğunam dost, yorğunam mən
əllərimlə, sanki yükümün çiyinlərdən
düşməməsinə kömək edirəm
üzümə də qəm yapışıb
gülərək gizləməkdən yaxşı heç nə tapmadığımdandır
bu aciz təbəssüm daim çöhrəmdə
gənclik bağçalarımı quraqlıq vurubdur, sanki
solubdur qönçələrim və tökülübdür pöhrəm də
[keçid] [promete]
şamam dövrəmdə dövr edəndə pərvanə
yandırdım qanadın, məhv oldu sevgimdən
səni axtaranda sularda, dürdanəm
çox dərin getdim, boğuldum mən
[nəqarət: promete]
əgər sevmək acizliksə
mən dünyada ən aciz insan, aciz insan
əgər sevmək acizliksə
mən dünyada ən aciz insan, aciz insan
[bənd 2] [qaraqan]
yaxşı qızla, pis oğlan, dəli olmuşuq çoxdan
bu sevgi deyil, fırtına, ya tufan
gözlərindən alovlar, məni yandırıb*yaxar
zəng eləyin 101*ə, dostlar*tanışlar!
qurtarın məni burdan, gizlədin məni ondan
onun gözləri salır yenə məni tilsimə
çağırın polisləri, verin onu məhkəməyə
oğurladığı ürəyimi qaytarsın geriyə
[keçid] [qaraqan]
şamam dövrəmdə dövr edəndə pərvanə
məhv etdim onu, sonra vuruldum mən
səni axtaranda sularda, dürdanəm
çox dərin getdim, boğuldum mən
[nəqarət: qaraqan]
əgər sevmək acizliksə
mən dünyada ən aciz insan
(ən aciz insan, ən aciz insan)
əgər sevmək acizliksə
mən dünyada ən aciz insan, aciz insan
(ən aciz insan, ən aciz insan)
[nəqarət: promete]
əgər sevmək acizliksə
mən dünyada ən aciz insan, aciz insan
əgər sevmək acizliksə
mən dünyada ən aciz insan
əgər sevmək acizliksə
mən dünyada ən aciz insan
(ən aciz insan, ən aciz insan)
lirik lagu lainnya :
- kumpulan lirik lagu richie havens › lirik lagu intro / old love – richie havens
- kumpulan lirik lagu tydes › lirik lagu confetti (the night is gone) – tydes
- kumpulan lirik lagu oyeon 오연 › lirik lagu heart flutter (자판기) – oyeon (오연)
- kumpulan lirik lagu loui santana › lirik lagu bimini – loui santana
- kumpulan lirik lagu 松本伊代 iyo matsumoto › lirik lagu sentimental journey – 松本伊代 (iyo matsumoto)
- kumpulan lirik lagu autumn › lirik lagu not the one! – autumn!
- kumpulan lirik lagu caddythekid › lirik lagu život ako z filmu miloša formana – caddythekid
- kumpulan lirik lagu cocaine piss › lirik lagu every night i’m waiting – cocaine piss
- kumpulan lirik lagu tuntu › lirik lagu dreams – tuntu
- kumpulan lirik lagu monique pessoa › lirik lagu você me perdeu – monique pessoa