lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu sus – promete

Loading...

[bənd 1] [promete]
qaranlığa doğan günəş kimi
üfüqünü tək mənə göstər
bu notlar sözlərin acizliyi
susacam, növbəti sətrin başına qədər

əsrarəngiz voyaj
ləpələr üzərində rəqs üçün əlimi tut!
bizə qonaq gəlib pokal
mən razıyam, belə çöksün son sükut

ruhuma bütövlük hakim
sən məni tanıyırdın
bəs bu sınaqlar nə idi?
bəs məni niyə yoxlayırdın?

bilsəydik, daha əvvəl qovuşardıq
yooox!
axı, artıq bizə qədər hər şey yazılmışdı
biz bilirdik, bizə deməsələr də
biz axı, susa*susa danışmağı bacarırdıq

göstərməsək də
kölgələrlə rəqs məni yordu, səni də buludlar
odur ki, açıldı qanadlar
mən səmada, sən səmadan
oyanmağım gəlmir röyadan
şüalan!
qaçacam açaraq yeni cığırlar
mənə gərək deyil arzulamaq uğurlar
üstümdə nəzərin var

[nəqarət: günəş, promete]
nədir bu hüdud!? axı, niyə hər şey belə sehrli?!
sus! yola davam!
səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir…

hələ nə qədər getməli ki, çatmalı və səni qazanmalı?!
mən yanındayam!
səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir…

nədir bu hüdud!? axı, niyə hər şey belə sehrli?!
sus! yola davam!
səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir…

hələ nə qədər getməli ki, çatmalı və səni qazanmalı?!
mən yanındayam!
səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir…

[skit: günəş]
o, hər gün səhər səni izləmək üçün başının üzərinə qalxacaq
sən isə ona baxıb sevinəcəksən
[bənd 2] [promete]
gəlsin gecə göy üzünə buludlar
töksün buludlar yerə damcılar
bəlkə, onda bu şəhər oyanar
bəlkə, onda səhər açılar

bəlkə, ulduzların yerinə sən
səmada parlayaraq görünərsən
bəlkə də, onda bu mahnını mən
pıçıldayaraq oxuyaram və gülərsən
[nəqarət: promete]
gecəyarı mən bu sözləri yazanda
sən yatırdın, sən yatırdın!
gözlərin yumulu, əlin alnında
mən isə sənin şəklinə baxırdım

çox axtardığım, amma tapdığım
sən uzaqda, yenə uzaqda
yazıram qədəri tərsinə çevirməkçün
bu sətirləri sənə uzaqdan

[bənd 3] [promete]
çöksün yenə yer üzünə qaranlıq
yenə vərəqlər, yenə dost qələm
vursun məni bədbinlik bir anlıq
yazıram*yazıram, nəticə yox hələ
beləcə, gecəni səhərə çevirmək istəyi
yenə qonaq gələ sətirlərə
bu gün günorta görüşmüşdük
əllərimdir ətir hələ
[nəqarət: promete]
gecəyarı mən bu sözləri yazanda
sən yatırdın, sən yatırdın!
gözlərin yumulu, əlin alnında
mən isə sənin şəklinə baxırdım

çox axtardığım, amma tapdığım
sən uzaqda, yenə uzaqda
yazıram qədəri tərsinə çevirməkçün
bu sətirləri sənə uzaqdan

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...