lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu uçan oğlan – promete

Loading...

[skit: əli xəyyam]
biz əlimizdə olanların dəyərini, ancaq təhlükə olanda hiss edirik
elə bizə öyrədilən adi duanın da dəyəri birə*beş artır
allahı da daha çox yada salmağa başlayırıq. qəribədir…
belə baxanda insan üçün ən təhlükəli şey
onu ölümə yaxınlaşdıran * yaşamaqdır

[bənd 1] [promete]
hündür mərtəbəli bina, burdan hər şey ovuc içindəki boyda
həyatdan doymaq çətindir, amma burda durub doymuş bir oğlan
o fikirləşir sonuncu dəfə, bəlkə də, elə ilk dəfə fikirləşir
bütün olanı*keçəni, tərk etmək üçün bu bacanı*küçəni
[nəqarət] [mc virus]
əllərin iki yana açır, uçur, uçur
gözləyir onu aşağıda ölüm köçü
əllərin iki yana açır, uçur, uçur
gözləyir onu aşağıda ölüm köçü

[nəqarət] [uşaq xoru]
boş parklar və oturacaq
bir gün sənə də dost olacaq
tək*tənha sən bu şəhərdə
sanki ən kövrək uşaq

[bənd 2] [promete]
hər şey gözünün önündən keçir, sanki 35 millimetrlik lent
həyətlərində yığışıb dost*tanışı, qurulub çadır, tent
onu çağırır, ona toxunur, amma elə bil ki, ona fikir verən yox
niyə ona belə saymamazlıq edir hamı? axı, pis nə edib görən o?!
[nəqarət] [mc virus]
əllərin iki yana açır, çığır, bağır
gözləri sanki bulud, yağır yağış, yağır
nə isə dəyişib, maraq, şübhə, qorxu
bədəni yüngülləşib, fikir ağır, ağır

[nəqarət] [uşaq xoru]
boş parklar və oturacaq
bir gün sənə də dost olacaq
tək*tənha sən bu şəhərdə
sanki ən kövrək uşaq

[bənd 3] [promete]
yadına düşür: axırıncı dəfə bura gəlməyindən yeddi gün keçib
ilk dəfə bu dama gələndə kim olacağına qərar verib, özün seçib
ağırlıqla dolu həyatında çox ağırlığa dözüb, keçib
amma sonda bezib yenə, durub, gəlib, ölüm seçib, uçub

[nəqarət] [mc virus]
əllərin iki yana açıb, uçub, uçub
insanlardan uzağa qaçıb, gedib, köçüb
təkliyi dost edib özünə, kimsəsiz gecələrdə tək*tənha
vaxtı boş oturacaqlı parklarda səssiz keçir…

[nəqarət] [uşaq xoru]
boş parklar və oturacaq
bir gün sənə də dost olacaq
tək*tənha sən bu şəhərdə
sanki ən kövrək uşaq
boş parklar və oturacaq
bir gün sənə də dost olacaq
tək*tənha sən bu şəhərdə
sanki ən kövrək uşaq
boş parklar və oturacaq
bir gün sənə də dost olacaq
tək*tənha sən bu şəhərdə
sanki ən kövrək uşaq
boş parklar və oturacaq
bir gün sənə də dost olacaq
tək*tənha sən bu şəhərdə
sanki ən kövrək uşaq
[skit]
mən də böyüyəndə uçmağı öyrənəcəm
hündürdən uçmağı, lap quşlar kimi…

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...