
tapdıq, itirdik - abbas bağırov lyrics
[bənd 1]
gül bağçalar arasında qoşa gəzdik
axşamacan yorulmazdıq, dincəlməzdik
bulud ötər, ulduz axar, biz baxardıq
nə bəxtiyardıq!
ay dolandı, il dolandı, ötdü zaman
son baharda aramızı kəsdi duman
o günləri xatırlaram, xatırlaram…
nə bəxtiyardıq!
[nəqərat]
ey alovlu günlərim
qəlbimdə yurd salan sevincim, kədərim
ah, nələri, nələri tapdıq, itirdik…
ey alovlu günlərim
qəlbimdə yurd salan sevincim, kədərim
ah, nələri, nələri tapdıq, itirdik…
[bənd 2]
hərdən, hərdən o günlərim düşür yada
şana tellər zaman*zaman ağarsa da
o günləri xatırlaram, xatırlaram…
nə bəxtiyardıq!
hərdən, hərdən o günlərim düşür yada
şana tellər zaman*zaman ağarsa da
o günləri xatırlaram, xatırlaram…
nə bəxtiyardıq!
[nəqərat]
ey alovlu günlərim
qəlbimdə yurd salan sevincim, kədərim
ah, nələri, nələri tapdıq, itirdik…
ah, alovlu günlərim
qəlbimdə yurd salan sevincim, kədərim
ah, nələri, nələri tapdıq, itirdik…
[bənd 3]
eh, gül bağçalar arasında qoşa gəzdik
axşamacan yorulmazdıq, dincəlməzdik
bulud ötər, ulduz axar, biz baxardıq
nə bəxtiyardıq…
ay dolandı, il dolandı, ötdü zaman
son baharda aramızı kəsdi duman
o günləri xatırlaram, xatırlaram…
nə bəxtiyardıq!
[nəqərat]
ey alovlu günlərim
qəlbimdə yurd salan sevincim, kədərim
ah, nələri, nələri tapdıq, itirdik…
ey alovlu günlərim
qəlbimdə yurd salan sevincim, kədərim
ah, nələri, nələri tapdıq, itirdik…
ah, nələri, nələri tapdıq, itirdik…
Random Song Lyrics :
- our stories - shenath lyrics
- histoire banale - souldia lyrics
- zlato - limun lyrics
- bim bam - roberto delas torres lyrics
- lorito óga - tordillo negro lyrics
- saklama korktuğunu - sırat lyrics
- zing - vanbiak t lyrics
- galaxy (the 3dge mix) - ladies' code lyrics
- beer up - neon union lyrics
- metgeo - rinm4i feat. prodgualsss lyrics