
ey vətən - akif islamzadə lyrics
[bənd 1]
nəğmə dolu bir ürəyəm
torpağına baş əyərəm
ey vətən!
meşələrin çətirlidir
gül*çiçəyin ətirlidir
ey vətən!
ey vətən!
[nəqərat]
çəməninə qonan şehdən
dağlarında əsən mehdən
doya bilmirəm, doya bilmirəm
ey vətən!
bir anamdan, bir də səndən
bu dünyada, bu dünyada
doya bilmirəm, doya bilmirəm
ey vətən!
[bənd 2]
tarixlərdə adın ulu
ağ günlərin nəğmə dolu
ey vətən!
bir anasan məhəbbətli
gözəllərin sədaqətli
ey vətən!
ey vətən!
[nəqərat]
çəməninə qonan şehdən
dağlarında əsən mehdən
doya bilmirəm, doya bilmirəm
ey vətən!
bir anamdan, bir də səndən
bu dünyada, bu dünyada
doya bilmirəm, doya bilmirəm
ey vətən!
çəməninə qonan şehdən
dağlarında əsən mehdən
doya bilmirəm, doya bilmirəm
ey vətən!
bir anamdan, bir də səndən
bu dünyada, bu dünyada
doya bilmirəm, doya bilmirəm
ey vətən!
Random Song Lyrics :
- s.o.s (feat. dean chalmers) - alex sonata & therio ft. dean chalmers lyrics
- close to me - cloak n dagga lyrics
- lastig - dj lorenzo lyrics
- past it all (live) - nonpoint lyrics
- sega genesis (lost verse remix) - skank dollar lyrics
- swang - bitch who? lyrics
- the gathering (live - hunter's moon version) - delain lyrics
- universal soldiers - cloak n dagga lyrics
- pocahontas - grand corps malade lyrics
- fill up banks - cali cvsh lyrics