
qurban verərdim - akif islamzadə lyrics
[bənd 1]
mənə bircə kəlmə can söyləsəydin
o bircə kəlmənə min can verərdim
ömrünü, gününü dərd eyləsəydin
ömrümü, günümü dərman verərdim
ömrünü, gününü dərd eyləsəydin
ömrümü, günümü dərman verərdim
[bənd 2]
bezdirdim mən səni sədaqətimlə
qaldım həsrətinlə, müsibətinlə
könlümü alsaydın bu zülmətinlə
sənə bir günəşli cahan verərdim
könlümü alsaydın bu zülmətinlə
sənə bir günəşli cahan verərdim
[nəqərat]
o çağlar necə də mənə haydılar
könlümə, gözümə şəfəq yaydılar
keçən günlərimi qaytaraydılar
gələn günlərimi qurban verərdim
[bənd 3]
öylə ayrıldıq ki, səninlə, ey gül
bir də ayrılıqdan ayrı düşmərik
ah, bu son hicranın vüsalı müşkül
dağ dağa rast gələr, biz görüşmərik
ah, bu son hicranın vüsalı müşkül
dağ dağa rast gələr, biz görüşmərik
[nəqərat]
o çağlar necə də mənə haydılar
könlümə, gözümə şəfəq yaydılar
keçən günlərimi qaytaraydılar
gələn günlərimi qurban verərdim
o çağlar necə də mənə haydılar
könlümə, gözümə şəfəq yaydılar
keçən günlərimi qaytaraydılar
gələn günlərimi qurban verərdim
Random Song Lyrics :
- toda la verdad - fahed mitre lyrics
- me - aj mitchell lyrics
- rendezvous rapide - noa & markusphoenix lyrics
- wait 4 me - john glacier & surf gang lyrics
- sex tape - bad bena lyrics
- eleanor rigby - krashkarma lyrics
- с кайфом (with a buzz) - nastostoron lyrics
- jardin d'hiver - emma peters lyrics
- forever (remake) - yolyboy lyrics
- desgaste - yura__off lyrics