vətən üçün doğulanlar - alim qasimov lyrics
[giriş]
sıxılan canımdır, qaralan qanım
heç nə istəmirəm, çətindir anım
sevgilim, sevgilim, mən bunu, de, necə danım?
sənli ola*ola sənsizəm indi
sənli ola*ola sənsizəm
[bənd 1]
düşmənlərə canlı çəpər
siz oldunuz, igid ərlər
qazandınız şanlı zəfər
vətən üçün doğulanlar
mübariztək mərd oğullar
[keçid]
quş kimi əlimdən uçub getmisən
eşqin yuvasından qaçıb getmisən
ömürlük ömrümdən köçüb getmisən
sənli ola*ola sənsizəm indi
sənli ola*ola sənsizəm
[nəqərat]
bu vətənə göz oldunuz
od oldunuz, köz oldunuz
bizim olan qarabağın
xilaskarı siz oldunuz
vətən üçün doğulanlar
qorxmadınız canınızdan
keçdiniz lap qanınızdan
oldunuz milli qəhrəman
vətən üçün doğulanlar
mübariztək mərd oğullar
[keçid]
çox kövrək olubdur qəlbimin simi
könlüm itirəndən sevgi hakimin
düşünə bilmirəm, düşünə bilmirəm daha heç kimi
sənli ola*ola sənsizəm indi
sənli ola*ola sənsizəm
[bənd 2]
vətənçilik məfkurəsin
atalardan qeyrət dərsin
öyrənərək, əhsən sizə
susdurdunuz düşmən səsin
vətən üçün doğulanlar
vətən üçün doğulanlar
[keçid]
uzağı sezməyən bir göz olmuşam
odu erkən sönmüş bir köz olmuşam
günəşi olmayan bir yaz olmuşam
sənli ola*ola sənsizəm indi
[nəqərat]
bu vətənə göz oldunuz
od oldunuz, köz oldunuz
bizim olan qarabağın
xilaskarı siz oldunuz
vətən üçün doğulanlar
qorxmadınız canınızdan
keçdiniz lap canınızdan
oldunuz milli qəhrəman
vətən üçün doğulanlar
mübariztək mərd oğullar
[çıxış]
bilirəm, ruhun şad, qalibdir vətən
sənsiz ola*ola səninləyəm mən
səninləyəm
vətən üçün doğulanlar
səninləyəm
vətən üçün
səninləyəm
doğulanlar
Random Song Lyrics :
- intermezzo ii - young krillin & crack ignaz lyrics
- things and changes - sun cut flat lyrics
- quit diggin' - t. hardy morris lyrics
- bleachers - lucas giello lyrics
- glorious copy - king rap lyrics
- misfits t-shirt - dreamers lyrics
- re: raccattack (not horsin' around) - jsmithoti lyrics
- roll over beethoven (the view cover) - the view lyrics
- hyperbaric rendez-vous - maisie lyrics
- get off the floor - the murder city devils lyrics