
ilahə - anar nağılbaz lyrics
[nəqərat]
yenə yağışlar yuyur bu gün küçələri
yenə bağışla, mən yatmıram gecələri
yenə qonağım ruhun idi, karıxmışam
yenə, ilahəm, sənin üçün darıxmışam
[bənd 1]
yenə boş kağız çəkir məni intizara
yenə də payız qonaq gəlir bu diyara
yenə küləklər baş qaldırıb şəhər boyu
yenə mələklər düşünmüş bir təzə oyun
yenə yağışlar yuyur bu gün küçələri
yenə bağışla, mən yatmıram gecələri
yenə silahım, qələm susub, karıxmışam
yenə, ilahəm, sənin üçün darıxmışam
[nəqərat]
yenə, nağılbaz, nə baş verib, şən deyilsən?
yenə, ay sağ olmaz, yazdıqların sən deyilsən
yenə də payız, gec bildim, dönən deyilsən
yazdıqlarım sən deyilsən
mənim mahnılarımda ölən deyilsən, ilahə
[bənd 2]
yenə bezəndən məhəbbətin əsirləri
yenə sevəndən xəyalları bir*birlərin
yenə günahlar yazılmaqdır günümüzə
yenə silahlar atəş açır özümüzə
yenə bu dünya fırlansa da, bəlası çox
yenə dəyişən sifətidir, mənası yox
yenə pənahım, allah susub, karıxmışam
yenə, ilahəm, sənin üçün darıxmışam
[nəqərat]
yenə, nağılbaz, nə baş verib, şən deyilsən?
yenə, ay sağ olmaz, yazdıqların sən deyilsən
yenə də payız, gec bildim, dönən deyilsən
yazdıqlarım sən deyilsən
mənim mahnılarımda ölən deyilsən, ilahə
yenə, nağılbaz, nə baş verib, şən deyilsən?
yenə, ay sağ olmaz, yazdıqların sən deyilsən
yenə də payız, gec bildim, dönən deyilsən
yazdıqlarım sən deyilsən
mənim mahnılarımda ölən deyilsən, ilahə
[bənd 3]
yenə binalar ucalırlar yüksəklərə
yenə səmalar sirr açmırlar istəklərə
yenə camaat qaynaşırlar həyat üçün
yenə də həyat ağladacaq için*için
yenə adamlar gördüyüm tək adam deyil
yenə nəsə var, qorxuram ki, yalan yenə
yenə qonağım ruhun idi, karıxmışam
yenə, ilahəm, sənin üçün darıxmışam
darıxmışam
[nəqərat]
yenə, nağılbaz, nə baş verib, şən deyilsən?
yenə, ay sağ olmaz, yazdıqların sən deyilsən
yenə də payız, gec bildim, dönən deyilsən
Random Song Lyrics :
- 훨훨 (howl howl) - kim bohyung lyrics
- até ao último ponto - agah2o lyrics
- looking for love in the wrong place - florrie lyrics
- evsy - malina boy lyrics
- love while it lasted - jon langston lyrics
- door selection - i cani lyrics
- confxshion - bawdy league lyrics
- ciernie - tps lyrics
- s. blair - the gateway drug lyrics
- those days - lindsey stirling lyrics