
gözələ - aşıq samirə lyrics
[bənd 1]
canımı qurban eylərəm, bir belə tərlan gözələ
hal bilən, şirin gülən, dosta mehriban gözələ
boy uca, gərdən mina, zülfü pərişan gözələ
dolanır mürği*ruhum, olubdu mehman gözələ
[nəqərat]
xəstəyəm, yalvarıram həkimi*loğman gözələ
həkimi*loğman gözələ
xəstəyəm, yalvarıram həkimi*loğman gözələ
həkimi*loğman gözələ
[bənd 2]
gözəl xanım cilvələnib gözəllərin xası kimi
görəni məcnun eyləyir leylinin sevdası kimi
ala gözlər şölə saçır göyün sürəyyası kimi
çəpkəni hər rəng çalır peyğəmbər xirqası kimi
[nəqərat]
baratdı behişdən gəlib, geydirib qılman gözələ
geydirib qılman gözələ
baratdı behişdən gəlib, geydirib qılman gözələ
geydirib qılman gözələ
[bənd 3]
fələkdən gileyliyəm mənə günü qara verib
fələkdən gileyliyəm mənə günü qara verib
mömini zəlil eyləyib, suri günahkara verib
tərlanı sara yazıb, tər qönçəni xara verib
ələsgəri məcnun edib, meylini dağlara verib
[nəqərat]
tərk eyləyib ibadəti, bağlayır dastan gözələ
bağlayır dastan gözələ
tərk eyləyib ibadəti, bağlayır dastan gözələ
bağlayır dastan gözələ
[çıxış]
bağlayır dastan gözələ
bağlayır dastan gözələ
bağlayır dastan gözələ
bağlayır dastan gözələ
Random Song Lyrics :
- no feels - ron mvtthew & jasna lyrics
- walk you home - doegaege lyrics
- waiting on summer - the protocol sa lyrics
- substance - hex.exe lyrics
- se que esto es amor - vanessa cebrian lyrics
- she, the weapon - black therapy lyrics
- batash - shashwot khadka lyrics
- worth it - beabadoobee lyrics
- wrong with me - katnip lyrics
- the dragon of the mist - dexter ward lyrics