
nar ağacı - aşıq samirə lyrics
[bənd 1]
yenə qumlu sahil, yenə sərin bağ
yenə axşam düşdü meynəliklərə
burada sevgilimlə neçə il qabaq
bir nar çubuğunu basdırdıq yerə
burada sevgilimlə neçə il qabaq
bir nar çubuğunu basdırdıq yerə
[nəqərat]
nar ağacı, nar çiçəyi
bir ulduzdur hər ləçəyi
nar ağacı, nar çiçəyi
bir ulduzdur hər ləçəyi
[bənd 2]
seyr etdim ağacın doğma yerini
bircə çiçək qalıb, hanı çiçəklər?
onun qızıl rəngli ləçəklərini, ay balam, ay sonam
ya illər tökübdür, ya da küləklər
onun qızıl rəngli ləçəklərini
ya illər tökübdür, ya da küləklər
[nəqərat]
nar ağacı, nar çiçəyi
döyüb boran, qar çiçəyi
nar ağacı, nar çiçəyi
döyüb boran, qar çiçəyi
[bənd 3]
baxıram, qəlbimdə arzu oyanır
uzaq xəyallardan alır qəlbimi
sanki ay nurunda ulduzdur, yanır
o son nar çiçəyi ilk eşqim kimi
sanki ay nurunda ulduzdur, yanır, ey
o son nar çiçəyi ilk eşqim kimi
[nəqərat]
nar ağacı, nar çiçəyi
hələ yenə var çiçəyi
nar ağacı, nar çiçəyi
hələ yenə var çiçəyi
nar ağacı, nar çiçəyi
hələ yenə var çiçəyi
nar ağacı, nar çiçəyi
hələ yenə var çiçəyi
gəl, qadan alım, ay
Random Song Lyrics :
- we'll all soon be dead - this way to the egress lyrics
- set me free - five new old lyrics
- airwaves - class actress lyrics
- gemini - lucky boondock$ lyrics
- push it to the limit - micel o lyrics
- talking in your sleep - anoraak lyrics
- mind reader - isabel wood lyrics
- çocuk olmak - vasfi lyrics
- stay alive - wiltilsmate lyrics
- red flag (live at the horseshoe tavern) - billy talent lyrics