deyilənlər - ayaz babayev & hiss (aze) lyrics
[bənd 1]
dərdləri gətir, udum
mənim simam, ürəyim nədir, odur
dərdləşməyə yox ehtiyacım
özümlə tək söhbətim tutur
həyat, əllərin həmişə yaxamda
dost*ətraf, hər işə baxan var
üstünə şans yağışı yağanda
başımızın üstünə çətir tutur
insan qaçsa da hər şeydən bir ara
dünya bir verər, amma min alar
əgər olsan güclü
bax onda gizlidir, görünməz ki yaralar
sadəcə səbir elə, bitsin
içində hər biri itsin
səni yorursa ətrafdakılar
o zaman hər şeyi rədd elə, getsin
[nəqərat]
mənim üçün deyilənlərdən yoxmu bir az daha yandıran içimi?
mənim üçün deyinənlər var, it hürsün, eybi yox, yolumuzu keçirik
mənim üçün deyirlər hərdən: “həyatı bürünüb yuxuların içinə”
bu, mənim üçün deyil əylənmək, oturub zirvədə uğuruma içirəm

[bənd 2]
danışıram hər zaman düzün
uğuruma sevin, ya sadəcə üzül
məni buralara dartmadı heç kim
etdiyim hər şeyin sahibi özüm
bu, hələ harası, çox daha var
mənim sənətimin dəyəri, bil, çox baha lap
daha etmirəm mən heç nəyə təəccüb
yağdı güvəndiyim çox dağa qar
keçirəm tikanlı yollardan mən
“okay”, siz öndə və sonlardan mən
nə qədər var dartan ayaqdan
savaşıram hələ də mən onlarla tək
var cəsarət gözünüzə baxıb
danışın, deyin öz*özünüzə nağıl
bitməyiniz tək sözümüzə baxır
cavab verin, hansı üzünüzə baxım?!
[nəqərat]
mənim üçün deyilənlərdən yoxmu bir az daha yandıran içimi?
mənim üçün deyinənlər var, it hürsün, eybi yox, yolumuzu keçirik
mənim üçün deyirlər hərdən: “həyatı bürünüb yuxuların içinə”
bu, mənim üçün deyil əylənmək, oturub zirvədə uğuruma içirəm
mənim üçün deyilənlərdən yoxmu bir az daha yandıran içimi?
mənim üçün deyinənlər var, it hürsün, eybi yox, yolumuzu keçirik
mənim üçün deyirlər hərdən: “həyatı bürünüb yuxuların içinə”
bu, mənim üçün deyil əylənmək, oturub zirvədə uğuruma içirəm
Random Song Lyrics :
- 수면에서 (on the surface of the water) - zitten lyrics
- across the nation - creed fisher lyrics
- yaz dedi kalem - defkhan & red lyrics
- mr. blue sky - the sunlight shakers lyrics
- voices in my head - t4n4k4 lyrics
- mere dost - gang107 feat. aniket, mc setu & ll44 lyrics
- passion - elizabeth lafavre lyrics
- ей не нужно (she doesn't need) - iamzatoichi lyrics
- favorite day of the week - brimheim lyrics
- insane - crucified lyrics