qəfil bir zəng - ayaz qasımov lyrics
[bənd 1]
gözləyirəm qəfil bir zəng, gözləyirəm
o zəng ki heç vaxt çalınmayacaq, könlümü almayacaq
əsəcək soyuq yellər, üşüdəcək qəlbini
sönəcək gözlərimdə bir dünyanın sevinci
[keçid]
ürəyim dolacaq
kövrəldəcək göyləri
külə dönmüş arzular
boy göstərib solacaq
[nəqərat]
qarşımda ağ kağızlar, əlimdə yazmaz qələm
ağ kağıza tuş gələn dolaşıq taleyimdən
paralanmış sevgimin sonuna nöqtə qoyan
o zəngi gözləyirəm, o zəngi gözləyirəm
[bənd 2]
gözləyirəm sonsuz bir zəng, gözləyirəm
bilirəm ki, od tutsa da ürəyim yanmayacaq
əsəcək soyuq yellər, üşüdəcək qəlbini
sönəcək gözlərimdə bir dünyanın sevinci
[keçid]
ürəyim dolacaq
kövrəldəcək göyləri
külə dönmüş arzular
boy göstərib solacaq
[nəqərat]
qarşımda ağ kağızlar, əlimdə yazmaz qələm
ağ kağıza tuş gələn dolaşıq taleyimdən
paralanmış sevgimin sonuna nöqtə qoyan
o zəngi gözləyirəm, o zəngi gözləyirəm
qarşımda ağ kağızlar, əlimdə yazmaz qələm
ağ kağıza tuş gələn dolaşıq taleyimdən
paralanmış sevgimin sonuna nöqtə qoyan
o zəngi gözləyirəm, o zəngi gözləyirəm
paralanmış sevgimin sonuna nöqtə qoyan
o zəngi gözləyirəm, o zəngi gözləyirəm
Random Song Lyrics :
- time to fly - erika rosén lyrics
- back in the day - acoustic fingers lyrics
- doctor doctor - agent steel lyrics
- starbound - deko & yameii online lyrics
- already broken - no connection lyrics
- あなたからの卒業 (anata kara no sotsugyou) - shinuchi mai (新内眞衣) lyrics
- toxic - paigeion lyrics
- every night - 竹内まりや (mariya takeuchi) lyrics
- combination - mc ceja lyrics
- ガランド (airhead) - picon lyrics