
şən azərbaycan - ayaz qasımov lyrics
[bənd 1]
qoy mən yenə söhbət açım ilk baharımdan
nəğməm ilə bir də keçim öz diyarımdan
qoy mən yenə söhbət açım ilk baharımdan
nəğməm ilə bir də keçim öz diyarımdan
[nəqərat]
bol bəhrəli muğan düzü
mil düzü, şirvan düzü
gəl, gəl deyir şən azərbaycan…
tər gülləri şəfalıdır
göygöl nə səfalıdır
hər yanı gülşən azərbaycan…
[bənd 2]
el qızları düzüm*düzüm kür qırağında
min gül açıb gəncəmizin hər budağında
dost elləri qarabağın dağ vüqarlıdır
gen çölləri bu torpağın xoş baharlıdır
[nəqərat]
bol bəhrəli muğan düzü
mil düzü, şirvan düzü
gəl, gəl deyir şən azərbaycan…
tər gülləri şəfalıdır
göygöl nə səfalıdır
hər yanı gülşən azərbaycan…
[bənd 3]
hər damlası layla çalan göy xəzərim var
hər ulduzu nəğmə olan min şəhərim var
keçdim yenə çiçək*çiçək hər mahalımdan
öz yurdunun doymaz ürək yüz vüsalından
[nəqərat]
bol bəhrəli muğan düzü
mil düzü, şirvan düzü
gəl, gəl deyir şən azərbaycan
tər gülləri şəfalıdır
göygöl nə səfalıdır
hər yanı gülşən azərbaycan
bol bəhrəli muğan düzü
mil düzü, şirvan düzü
gəl, gəl deyir şən azərbaycan
tər gülləri şəfalıdır
göygöl nə səfalıdır
hər yanı gülşən azərbaycan
hər yanı gülşən azərbaycan
ay, hər yanı gülşən azərbaycan
Random Song Lyrics :
- big deal human ear - math the band lyrics
- pleasant places - awaken generation music lyrics
- astro black - sun ra arkestra lyrics
- just a lil - abstract lyrics
- fruit - mini pump lyrics
- di sul pa norti - jah arrogante lyrics
- radical. - semical. lyrics
- 동백꽃 (camellia) - lee sun hee (이선희) lyrics
- feliz navidad - daniela spalla lyrics
- undo this love - jahdenandrew lyrics