
sənsizləmişəm - ayaz qasımov lyrics
[bənd 1]
səadət sirrli aləm
neyçün keçmiş bəxtimdən?
göylərə qalxdı naləm
yanıq ney kimi
sevincim kədər oldu
həsrətim hədər oldu
gələrim gedər oldu
duya bilmədim
[nəqərat]
zərif şam işığında
ümidlər sorağında
səslənər intizarın
qəmli nəğmətək
hər günüm ilə döndü
göz yaşım selə döndü
közərib külə döndü
sevən ürəyim
[keçid]
uzun gecə olaydın
yuxuma qayıdaydın
varlığım odlanaydı
sönməz günəştək
uzun gecə olaydın
yuxuma qayıdaydın
varlığım odlanaydı
sönməz günəştək
[bənd 2]
ayrılıq yollarında
axtarıram mən səni
qaldım intizarında
sənsizləmişəm
bəxş etdiyim ürəyi
yadigar saxlasaydın
sevincdən ağlayardım
xoşbəxtlər kimi
[nəqərat]
zərif şam işığında
ümidlər sorağında
səslənər intizarın
qəmli nəğmətək
hər günüm ilə döndü
göz yaşım selə döndü
közərib külə döndü
sevən ürəyim
[keçid]
uzun gecə olaydın
yuxuma qayıdaydın
varlığım odlanaydı
sönməz günəştək
uzun gecə olaydın
yuxuma qayıdaydın
varlığım odlanaydı
sönməz günəştək
[çıxış]
səadət sirrli aləm
neyçün keçmiş bəxtimdən?
göylərə qalxdı naləm
sənsizləmişəm
sənsizləmişəm
Random Song Lyrics :
- вопросы без ответа (questions without an answer) - louna lyrics
- fly along with me - mariius! lyrics
- дисс на вову филатова - scalkavmilane lyrics
- jazmín - dan cx lyrics
- biegne - monika lewczuk lyrics
- pubes on his nutz - digbargayraps lyrics
- faith is up - vennisay lyrics
- fake love - king skoonk lyrics
- mit - ly$ aaron & virtual flavor lyrics
- livin' the dream - the wolfe brothers lyrics