
anam (canlı ifa) - aygün bəylər lyrics
[bənd 1]
əziz anam, şirin sözlü anam
qəlbin kövrək, eşqin solmaz bahar
gülərüzlü, qaragözlü anam
hara getsəm, gözün mənə baxar
əziz anam, şirin sözlü anam
qəlbin kövrək, eşqin solmaz bahar
gülərüzlü, qaragözlü anam
hara getsəm, gözün mənə baxar
[nəqərat]
ana, qəlbin layla olar, gəzər
doğma səsin ömrü*günü bəzər
laylay dedin, ana, laylay dedin mənə
həyat verdin mənə, əziz ana
laylan hələ yaşar, laylan ellər aşar
günəş kimi yana*yana, ana
[bənd 2]
ana, səsin aydın səhər olar
ana, qəlbin keşik çəkər bizə
yolum üstdə uzaq səfər olar
işıq olar, nurdan düşər gözə
ana, səsin aydın səhər olar
ana, qəlbin keşik çəkər bizə
yolum üstdə uzaq səfər olar
işıq olar, nurdan düşər gözə
[nəqərat]
mənim görən gözümsən sən, ana
ömrüm*günüm, özümsən sən, ana
laylay dedin, ana, laylay dedin mənə
həyat verdin mənə, əziz ana
laylan hələ yaşar, laylan ellər aşar
günəş kimi yana*yana, ana
Random Song Lyrics :
- unfallinlovewithable - chase tremaine lyrics
- own 10 - jgreen lyrics
- lali | لالي - the synaptik lyrics
- похуй (don't give a fuck) - offmi lyrics
- sharazan - andrea berg & al bano carrisi lyrics
- acid rainbow (real mir remix) - real mir lyrics
- lost & found - boycold lyrics
- dude - nasty c lyrics
- hades - big image lyrics
- frost an einem sommertag - frank wildhorn lyrics