
özün günahkarsan (canlı ifa) - aygün bəylər lyrics
[bənd 1]
illər boyu həsrətimi duymaz oldun
illər boyu kədərimi bölmədin də
çox vaxt güldüm ağlayaraq için*için
bircə sözlə göz yaşımı silmədin də
soyuqluğun buz olanda yanağımda
nəfəsinlə başqasını isitmisən
sənsizliklə yaşadıqca otağımda
sən də məni bir otaqda itirmisən
[nəqərat]
bəs bilmirdin, həsrətinlə ürəyimə
həsrətinin əvəzinə daş asırsan?
bəs bilmirdin, özün mənə yad olduqca
mənimçün də yavaş*yavaş yadlaşırsan?
soyuqluğun buz olanda yanağımda
nəfəsinlə başqasını isitmisən
sənsizliklə yaşadıqca otağımda
sən də məni bir otaqda itirmisən
[bənd 2]
yad baxışlar dikilibdir gözlərinə
sənsə mənə peşman qəlb gətirmisən
necə verim sabahımı, necə sənə?
sən ki mənim dünənimi itirmisən
nə deyim, nə? bir ümmandın mənim üçün
heç xəbərin olubmudur ürəyimdən?
damla kimi yaşadıqca özgə qəlbdə
gözlərimdən damla*damla süzülmüsən
[nəqərat]
bəs bilmirdin, bəs duymurdun bu gününü
bir gün yenə bu ocağa dönəcəksən?
bəs bilmirdin, dodaqlarda alışanda
mənim üçün ürəyimdə sönəcəksən?
nə deyim, nə? günahını qaytar mənə
ürəyimdə yanar bir od söndürmüsən
damla kimi yaşadıqca özgə qəlbdə
gözlərimdən damla*damla süzülmüsən sən
Random Song Lyrics :
- sunflowers - flower crown lyrics
- promise land (remix) - rapper big pooh lyrics
- far from - jay spice lyrics
- yang tak pernah bisa mencintaimu - naff lyrics
- you can kill a revolutionary, but you can't kill a revolution - the wolfnote lyrics
- collateral - heldmaschine lyrics
- texas - jennifer castle lyrics
- disappearing farmer - john anderson lyrics
- high - ttr allstars lyrics
- het hbo lied - grote luuul lyrics