
sənin gözlərin - aygün bəylər lyrics
[bənd 1]
nə gözəl süzülür qara gözlərin
əcaba, onları süzmək vaxtımı?
duruşun mənalı, baxışın dərin
mən bu dərinlikdə buldum baxtımı
[nəqərat]
sənin gözlərinmi gənclik bağında
yoxsa nərgizlərin sayrışıb oynar?
yoxsa çıxılmayan eşqin dağında
ömrümün dirilik çeşməsi qaynar?
[bənd 2]
o qara gözlərin deyil parlayan
ulduzlar içimdə gecələrimdir
bəlkə də, ruhuma aydınlıq yayan
bir sərin, ziyalı, yaz səhərimdir
[nəqərat]
sənin gözlərinmi gənclik bağında
yoxsa nərgizlərin sayrışıb oynar?
yoxsa çıxılmayan eşqin dağında
ömrümün dirilik çeşməsi qaynar?
sənin gözlərinmi gənclik bağında
yoxsa nərgizlərin sayrışıb oynar?
yoxsa çıxılmayan eşqin dağında
ömrümün dirilik çeşməsi qaynar?
sənin gözlərinmi gənclik bağında
yoxsa nərgizlərin sayrışıb oynar?
yoxsa çıxılmayan eşqin dağında
ömrümün dirilik çeşməsi qaynar?
[çıxış]
a*a*a*a*ay
çeşməsi qaynar…
Random Song Lyrics :
- get work - quas g lyrics
- seen it all - ad lyrics
- losing - sadboy-sadboy lyrics
- 記念写真 (kinen shashin) - goose house lyrics
- sind da auch so viele steine - klaus hoffmann lyrics
- a-punk - rockapella lyrics
- point blank - black math lyrics
- тепло моих струн (the warm of my strings) - monty fray lyrics
- i got bugz - cole benzo lyrics
- verdammnis in mir - mina harker lyrics