
istəmirəm - aygün kazımova lyrics
Loading...
istəmirəm… istəmirəm
göy üzündə durna uçsa
qərənfillər ətir saçsa
bütün dünya çiçək olsa
sənsiz bahar istəmirəm
dərin sular dayaz olsa
aylı gecə ayaz olsa
bütün dünya bəyaz olsa
ələnsə qar…
istəmirəm… istəmirəm
qibləm sənə sarı
uzatmışam qollarımı
sənsiz həyat yollarımı
duman alar istəmirəm…
dərin sular dayaz olsa
aylı gecə ayaz olsa
bütün dünya bəyaz olsa
ələnsə qar…
istəmirəm… istəmirəm
neyləyirəm göy çəməni
sənsiz açan yasəməni
neyləyirəm göy çəməni
sənsiz açan yasəməni
bütün dünya sevsə məni
sevməzsə yar
istəmirəm… istəmirəm…
sevməzsə yar
istəmirəm… istəmirəm…
Random Song Lyrics :
- необычный случай (an unusual case) - fem.love lyrics
- tales around the campfire pt. 3 - tarkin smoothcrest lyrics
- bez tebe - elvira rahić lyrics
- robo girl - toxic vegan lyrics
- werk - kassidy miles lyrics
- parlan massa - p.a.w.n. gang lyrics
- la misma sangre del cuerpo (romance) - ángeles toledano lyrics
- fire - night lunch lyrics
- volvera - mrseyoakaoni lyrics
- แฟน (sweetheart) - lipta lyrics