
itgin gəlin - aygün kazımova lyrics
ölüm bu dünyanın o üzündədir
bu üzü dünyanın güldür, çiçəkdir
ölüm bu dünyanın o üzündədir
bu üzü dünyanın güldür, çiçəkdir
ölməzlik məhəbbət zirvəsindədir
məhəbbət əbədi ömür deməkdir
ölməzlik məhəbbət zirvəsindədir
məhəbbət əbədi ömür deməkdir
məhəbbət əbədi ömür deməkdir
sızlama ürəyim, sən dözümlü ol
bu dünya həm acı, həm də şirindir
bir gözlə sən ağla, bir gözünlə gül
bu dünya əzabına dözənlərindir
hicranın yolları bitməz, tükənməz
vüsal yollarına qar ələnibdir
hicranın yolları bitməz, tükənməz
vüsal yollarına qar ələnibdir
ömrümü eşqinə qurban deyən kəs
xəyanət əliylə güllələnibdir
ömrümü eşqinə qurban deyən kəs
xəyanət əliylə güllələnibdir
xəyanət əliylə güllələnibdir
sızlama ürəyim, sən dözümlü ol
bu dünya həm acı, həm də şirindir
bir gözlə sən ağla, bir gözünlə gül
bu dünya əzabına dözənlərindir
bu dünya əzabına dözənlərindir
dözənlərindir… dözənlərindir…
Random Song Lyrics :
- no dot - sua (dreamcatcher) lyrics
- fur - whsprs lyrics
- spencer - zedned lyrics
- täällä sinua juhlitaan - karina (finland) lyrics
- más allá de mis ojeras - chzter lyrics
- felsefemiz budur - abluka alarm lyrics
- simmer down - melbourne ska orchestra lyrics
- ヒトリゴト (hiroigoto) - deep squad lyrics
- fuck the money - zoot (artist) lyrics
- sprizz - roy bianco & die abbrunzati boys lyrics