azərbaycan - cahan qrupu lyrics
[bənd 1]
mən bir uşaq, sən bir ana
odur ki, bağlıyam sana
hankı səmtə, hankı yana
hey uçsam da, yuvam sənsən
elim, günüm, obam sənsən
bir tərəfi bəhri*xəzər
yaşılbaş sonalar gəzər
xəyalım dolanar, gəzər
gah muğanı, gah aranı
mənzil uzaq, ömür yarı
[keçid]
lənkəranın gülü rəng*rəng
yurdumuzun qızlarıtək
dəmlə çayı, süz, ver görək
min qazaxda köhlən ata
yalmanına yata*yata
at qan*tərə bata*bata
göy yaylaqlar belinə qalx
kəpəz dağdan göygölə bax
[nəqərat önü]
gözəl vətən, mənan dərin
beşiyisən gözəllərin
aşıq deyər sərin*sərin
sən günəşin qucağısan
vətən, mənim ocağımsan
[nəqərat]
könlüm keçir qarabağdan
gah bu dağdan, gah o dağdan
axşam üstü qoy uzaqdan
havalansın xanın səsi
qarabağın şikəstəsi
könlüm keçir qarabağdan
gah bu dağdan, gah o dağdan
axşam üstü qoy uzaqdan
havalansın xanın səsi
qarabağın şikəstəsi
könlüm keçir qarabağdan
gah bu dağdan, gah o dağdan
axşam üstü qoy uzaqdan
havalansın xanın səsi
qarabağın şikəstəsi
könlüm keçir qarabağdan
gah bu dağdan, gah o dağdan
axşam üstü qoy uzaqdan
havalansın xanın səsi
qarabağın şikəstəsi
Random Song Lyrics :
- junge frau sucht... - olli schulz lyrics
- i'm not in love (serious version) - 10cc lyrics
- the thermostat, the telephone - elsinore lyrics
- humans - shiba lyrics
- d.u.a.l.i.s.m - netherless lyrics
- i got love / gimme gimme - sutton foster lyrics
- aquilone - 33 ore lyrics
- w każdą stronę - cuba de zoo lyrics
- the flash lad - tinsmith lyrics
- till the morning - shaykeh lyrics