lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

leylim - cahan qrupu lyrics

Loading...

[bənd 1]
ömrümə dərd gəlsə də hətta gəlişinlə
çəkmərəm öz canımı bir yanə, əzizim
sən baxışınla, gülüşünlə, yerişinlə
məcnunu etdin dəli*divanə, əzizim

bəhanə eləyib dəli sevdamızı onlar
istəmərəm ki, səni peşman eləsinlər
sən məni istə, məni səslə, məni axtar
qoy danışanlar nə deyirlərsə, desinlər

[nəqərat]
leylim, ömür boyu yanımda qal mənimlə
getmə, bir azca qəlbimin səsini dinlə
bəlkə, haçansa xoşbəxt olarıq səninlə biz?
oooo…

leylim, ömür boyu yanımda qal mənimlə
getmə, bir azca qəlbimin səsini dinlə
bəlkə, haçansa xoşbəxt olarıq səninlə biz?
oooo…

[bənd 2]
gəl yaşayaq, birgə xəyalımda nə varsa
saxlama o hissləri qəlbində, heyifdir
üzməyə tap başqa oyuncaq, mənə qalsa
incə əllərin kimi qəlbim də zərifdir
yanımda olsan, göz ağlamaq nədir, bilməz
olsa da ən son günü ömrün, gülərəm mən
ən zor anlarında sənin ağlına gəlməz
amma doğmalarından əvvəl gələrəm mən

[nəqərat]
leylim, ömür boyu yanımda qal mənimlə
getmə, bir azca qəlbimin səsini dinlə
bəlkə, haçansa xoşbəxt olarıq səninlə biz?
oooo…

leylim, ömür boyu yanımda qal mənimlə
getmə, bir azca qəlbimin səsini dinlə
bəlkə, haçansa xoşbəxt olarıq səninlə biz?
oooo…

leylim, ömür boyu yanımda qal mənimlə
getmə, bir azca qəlbimin səsini dinlə
bəlkə, haçansa xoşbəxt olarıq səninlə biz?
oooo…

leylim, ömür boyu yanımda qal mənimlə
getmə, bir azca qəlbimin səsini dinlə
bəlkə, haçansa xoşbəxt olarıq səninlə biz?

[çıxış]
xoşbəxt olarıq səninlə bir gün biz…

Random Song Lyrics :

Popular

Loading...