
çıx qatar yoluna - cavidan fatihi lyrics
[bənd 1]
çıx qatar yoluna bahar gələndə
mən sənə çiçəkli bahar göndərim
vüsal meyvəsindən dada bilmədik
sənə hər meyvədən nübar göndərim
[keçid]
çıx qatar yoluna payız düşəndə
uçan durnalarla salam yetirim
çıx qatar yoluna qaş qaralanda
o qərib axşamı, qəmi itirim
o qərib axşamı, qəmi itirim
[nəqərat]
çıx qatar yoluna hər axşam, səhər
çıx qatar yoluna məni qarşıla
bəlkə bir ömürlük çəkdi bu səfər
mən gələ bilmədim məni bağışla
[bənd 2]
çıx qatar yoluna külək əsəndə
dağılan saçını darayım sənin
çıx qatar yoluna hər gün, hər zaman
bilim ki, mən harda arayım səni
[keçid]
çıx qatar yoluna yağış yağanda
başının üstündə çətir tutaram
çıx qatar yoluna elə özüm də
mənzilə yetməyən qərib qataram
mənzilə yetməyən qərib qataram
[nəqərat]
çıx qatar yoluna hər axşam, səhər
çıx qatar yoluna məni qarşıla
bəlkə bir ömürlük çəkdi bu səfər
mən gələ bilmədim məni bağışla
çıx qatar yoluna hər axşam, səhər
çıx qatar yoluna məni qarşıla
bəlkə bir ömürlük çəkdi bu səfər
mən gələ bilmədim məni bağışla
[keçid]
çıx qatar yoluna hər axşam, səhər
uçan durnalarla salam yetirim
çıx qatar yoluna qaş qaralanda
o qərib axşamı, qəmi itirim
o qərib axşamı, qəmi itirim
[nəqərat]
çıx qatar yoluna hər axşam, səhər
çıx qatar yoluna məni qarşıla
bəlkə bir ömürlük çəkdi bu səfər
mən gələ bilmirəm məni bağışla
çıx qatar yoluna hər axşam, səhər
çıx qatar yoluna məni qarşıla
bəlkə bir ömürlük çəkdi bu səfər
mən gələ bilmədim məni bağışla
mən gələ bilmədim məni bağışla
Random Song Lyrics :
- curtição - joão bosco e vinícius lyrics
- meglio 'na canzone - mariano apicella lyrics
- romance popular - nara leão lyrics
- pé de umbuzeiro - kara véia lyrics
- jacko - startruck lyrics
- crente domingueiro - quarteto templo lyrics
- quer bebê? - nelson nascimento lyrics
- os animais - luar na lubre lyrics
- quero ter você - rádio taxi lyrics
- leaving the light - venus lyrics