
azərbaycan - çinarə məlikzadə lyrics
azərbaycan lyrics
[bənd 1]
od ürəkli, od nəfəsli diyarım
ocağına can qurban, azərbaycan!
əzilsən də, əyilməyən vüqarımsan
bu çağına canım qurban, azərbaycan!
[nəqərat]
savaşlardan alnıaçıq çıxan zaman
tarixlərə bağışladın neçə qurban
hər qonşuda bir parçası əsir qalan
torpağına canım qurban, azərbaycan!
[bənd 2]
hər uğurun gələcəyə bir yol açır
hər dost elə xoş niyətin işiq saçır
hər millətə, hər məhzəbə isti, açıq
qucağına canım qurban, azərbaycan!
[nəqərat]
neçə gizli sərvət yatır qucağında
neçə ölkə od aparır ocağından
azadlığın al rəmzi var bayrağında
bayrağına canım qurban, azərbaycan!
[şeir]
başım üstdə məğrur*məğrur dalğalanan
bayrağına canım qurban, azərbaycan!
ruhuma can, cismim üçün vətən olan
torpağına canım qurban, azərbaycan!
torpağına canım qurban, azərbaycan!
[nəqərat]
başım üstdə məğrur*məğrur dalğalanan
bayrağına canım qurban, azərbaycan!
ruhuma can, cismim üçün vətən olan
torpağına canım qurban, azərbaycan!
ruhuma can, cismim üçün vətən olan
torpağına canım qurban, azərbaycan!
[çıxış]
ey anam, vətənim, ey doğma qarabağ
azərbaycan!
Random Song Lyrics :