lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

arsız (explicit) - dəyirman lyrics

Loading...

[giriş]
onun gözlərində yağış yağır
ya odlar yanır, ya şimşək çaxır, bilinmir
ürəyi yox deyir, gözləri yol çəkir
qismət çağırır, eşitmir

“gəl yanıma”,*o deyərdi
“sev məni sən”,*o deyərdi
tək səni axtarardı
əgər sevməyi bacarardı
sevməyi bacarardı

[bənd 1]
bu dünyada hər şey varım idi səndən başqa
sən əlçatmaz arzu kimi gəldin həyatıma
neçə il keçib gəldiyin vaxtdan məhəlləmizə
neçə kişi azıb yolundan məhz sənə görə

ətrafımda yaxşı qızlar var, o qədərdir ki
nəyə görə sənin kimi pislər dartır məni?
bil ki, səni heç kəs almaz, intihar dəbdə deyil
bircə mənim kimi səfeh onu edər, elə deyil?

deyirsən, mən əclafam, sən məndən daha əclafsan
mən cavabsız bir tapmaca, sən cavabsız sualsan
bil ki, sən də elə incə, zərif, zəif, acizsən
səndən xilas olmaq mümkün deyil, onu bilirsən
cəlb edən qadınlar yayındırırlar, nə olsun?
balam, sənin kimi olmayıb, yoxdur və olmasın
hey qız, milyonlardan təkcə səni seçirəm
deyirəm ki: “səni sevirəm!”

[nəqərat]
ona: “sevirəm”,*deyən çoxdur
ürəyinə yatan yoxdur
bütün rəfiqələr ərdə
salıb anasını dərdə

tənha gecələr itərdi, bitərdi dərdi
təkcə eşidərdi: “sevirəm səni”
təki bu sözlər ürəkdən gələrdi
bu nağılın sonu görünərdi

[bənd 2]
bu günə kimi heç bir kəs
inan, qaça bilməyibdir öz taleyindən
dünən səni arzu edirdim
bu gün tuturam əlindən mən
hələ ki bilmirəm, nə olacaq
sabah yadımızda qalacaq
sabah aramızda qalacaq
dünən qaladığımız ocaq
bax düz gözlərimin içinə, sus
hər sözümüz indi mənasız
hər günümüz birlikdə keçir bizim
hər gecəmiz təmənnasız
bir gün mənsiz qala biləcəksən tək
olacağına çarə yox
bir gün mənsiz qala biləcəksən tək
bundan çox, yox

tərs qız, bu həyat olacaq sənə dərs, qız
hər qız gəlin paltarını arzu edir
amma sənin kimi arsız, bilmirəm, nə istəyir
nə gözləyir, gah döz deyir, gah başqa söz deyir
hər gecə öz yatağında o oyuncaqlarını əzizləyir
mənə hə cavabını versən
lap sabah göndərəcəm elçilərimi
ümidlərimi pozma gəl
təki batırma güllərimi

qaranlığa, sonsuzluğa sözüm yox daha, gedirəm
mənə yüz dəfə: “sеv məni”,*lap desən də
bil, səni mən sevirəm

[nəqərat]
ona: “sevirəm”,*dеyən çoxdur
ürəyinə yatan yoxdur
bütün rəfiqələr ərdə
salıb anasını dərdə
ona: “sevirəm”,*deyən çoxdur
ürəyinə yatan yoxdur
bütün rəfiqələr ərdə
salıb anasını dərdə

Random Song Lyrics :

Popular

Loading...