
yetim - dəyirman lyrics
[bənd 1]
mən hələ balaca olanda atdı məni ana (ay ana, ana)
atam oğurluğa görə yatıb türmələrdə (ay ata, ata)
bütün uşaqlığım keçib ögey evlərdə (uşaq evlərində)
uşaq yuxularım keçdi dəmir “кровать”larda
xəstələnəndə, ağlayanda
harada idin, ay qəddar ana?
ay ana, tək səni tapsa idim
nə dərdim olaydı həyatımda?
bax belə böyüdüm, sonra müharibə
ayaqlarım getdi nəyə görə? (əbəs yerə)
ömrüm*günüm keçir indi küçələrdə (keçidlərdə)
[nəqərat]
yox, mən ağlamıram, bu ki yağışdır
yox, mən ağrımıram, bu ki baxışdır
yox, mən dinləmirəm, mən axtarıram
mənim evim var, anamdan soruşun
[bənd 2]
ac qarnına yenə rep kimi yadına düşüb
şair təbə gəlib, pulun dadına düşüb
bal dodağına düşüb dildə isə acı yalan
çətin, başa düşərsiz birini tox və ac olan
pula möhtac olan, ehtiyacı olan
uzadan papağını və başında tac olan
əgər həyat bir dənədir, nədir yerdə qalan?
onsuz da buranı tərk edəcək hər yerdə qalan
həm evdə qalan, həm küçədə qalan
soyuqdan donan, kimsəsiz olan
ey, birtəhər dolan
gecələr fikirdən ötrü yata bilmirəm
arzularım çoxdur, onlara çata bilmirəm
pul tapa bilmirəm, ata da bilmirəm
çünki bacarmıram, istəmirəm
bu həyatda heç kimdən kömək gözləmirəm
allahdan başqa
[nəqərat]
yox, mən ağlamıram, bu ki yağışdır
yox, mən ağrımıram, bu ki baxışdır
yox, mən dinləmirəm, mən axtarıram
mənim evim var, anamdan soruşun
[bənd 3]
indi mənə doğmadır
şəhərin bütün küçələri (can bakı, bakı)
o küçədən bu küçəyə
qovur polis məni (iti qovan kimi)
dilənçi, yetim, murdar – qoşurlar cürbəcür adlar
ayaqlarım da olmasa, mənim adım var (millətim də var)
yolu keçən uşaq mənə ağız əyir
ana qulağını çəkir (“iraq bizdən”,*deyir)
hər şey istədiyim kimi deyil, bilən bilir
Random Song Lyrics :
- marbella - delaossa lyrics
- what is the deal? - sadboyshaq lyrics
- czasin - korona song (home recording) - czasin lyrics
- azar (mamitas version) - emiliano lyrics
- through it - duwap kaine lyrics
- sarajevo - ftb 420 lyrics
- person - oh-ok (band) lyrics
- youtuber - saint lorent lyrics
- qué no daría - armonia 10 lyrics
- atonement - benjamin clementine lyrics