
aylar keçir - darcheen lyrics
[bənd 1]
dünya dolanır başıma boş otaqda
ya dayanıb zaman, ya işləmir saatlar
və döyür pəncərəmi gözləmədiyim qonaq
narın yağış…
bir ovuc qəm və bir neçə qədəh həsrət
bir az sevgi və bir qədər acı nifrət
mənim ürəyimtək qəribə kokteyl
qarış*qarış…
[nəqərat]
gecələr səni aparır məndən
yuxular səni qaytarır geri
aylar keçir…
gecələr səni aparır məndən
yuxular səni qaytarır geri
illər keçir…
[bənd 2]
birtərəfli təyyarə, yeni bir ölkə
işıqlı keçmişdən gələn zəif kölgə
mən öyrəşirəm sənsiz yeni özümə
yavaş*yavaş…
sənin həyatın davam eləyir orada
yeni xəbərlər şəbəkədə və dostlar…
sən bunu bacardın, ola bildin xoşbəxt
alqış*alqış…
[nəqərat]
gecələr səni aparır məndən
yuxular səni qaytarır geri
aylar keçir…
gecələr səni aparır məndən
yuxular səni qaytarır geri
illər keçir…
Random Song Lyrics :
- üzen kadın, vol. 2 - art1st_4 lyrics
- exchange (remix) - olly jay lyrics
- fire deparment - lil_disasterr lyrics
- ein bi koach - אין בי כח - omer adam - עומר אדם lyrics
- ojitos de conejo - t3r elemento lyrics
- live for today - stacy barthe lyrics
- whole - wildhood lyrics
- alles op zijn tijd - ismo lyrics
- le plus grand fan de metek - metek lyrics
- virtual crack - saukèn lyrics