çox sevirəm səni - el shahin lyrics
[bənd 1]
həsrət yollarında dolaşa qaldım
uzun gecələr xəyala daldım
eşqin göylərinə nərdivan saldım
tutdum mən özümə bir həmdəm səni
[nəqərat]
bu dəli sevdamı, neynim, ay ellər?
eşqimdir çağlayan, o coşan sellər
qorxuram, bir zaman itirəm səni
çox sevirəm, çox sevirəm səni
bu dəli sevdamı, neynim, ay ellər?
eşqimdir çağlayan, o coşan sellər
qorxuram, bir zaman itirəm səni
çox sevirəm, çox səni
[bənd 2]
səni düşünürəm hər an, hər saat
dəyişib mənim üçün büsbütün həyat
mənə bəxş etmisən sən xoş bir ovqat
sənin xəbərin yox, sevirəm mən səni
[nəqərat]
bu dəli sevdamı, neynim, ay ellər?
eşqimdir çağlayan, o coşan sellər
qorxuram, bir zaman itirəm səni
sevirəm, çox sevirəm səni
bu dəli sevdamı, neynim, ay ellər?
eşqimdir çağlayan, o coşan sellər
qorxuram, bir zaman itirəm səni
çox sevirəm, çox səni
çox sevirəm, çox səni
[çıxış]
çox sevirəm səni
Random Song Lyrics :