
bulud içində ay - eldar mansurov lyrics
[bənd 1]
üstündən gecələr ötüşür elə
mənim səhərlərim açılmır hələ
bu dünyada könül verdim bir gülə
pətək kimi şan oldum, neyləyim?
[nəqərat]
içimdə qövr edən sənin yarandır
dünənki bəmbəyaz, bu gecə qandır
mələk gözləyirdim, gələn ilandır
könül verdim, düşmən oldum, neyləyim?
[bənd 2]
buludlar dayanmaz, axdı, keçdi hey
ay bulud içindən baxdı, keçdi hey
bir gözəl canımı yaxdı, keçdi hey
dağ başında duman oldum, neyləyim?
[nəqərat]
içimdə qövr edən sənin yarandır
dünənki bəmbəyaz, bu gecə qandır
mələk gözləyirdim, gələn ilandır
könül verdim, düşmən oldum, neyləyim?
içimdə qövr edən sənin yarandır
dünənki bəmbəyaz, bu gecə qandır
mələk gözləyirdim, gələn ilandır
könül verdim, düşmən oldum, neyləyim?
içimdə qövr edən sənin yarandır
dünənki bəmbəyaz, bu gecə qandır
mələk gözləyirdim, gələn ilandır
könül verdim, düşmən oldum, neyləyim?
könül verdim, düşmən oldum, neyləyim?
könül verdim, düşmən oldum, neyləyim?
Random Song Lyrics :
- most freeze - вино [prod. anyproblems ] lyrics
- justice 2020 - dumpstaphunk lyrics
- kerosene - aimee vant & tucker click lyrics
- idk what i did - sydney rose lyrics
- let go - lgnd potential lyrics
- i'll write you a letter - tami lance lyrics
- vencer el desamor - daniela romo lyrics
- give me love - kara's flowers lyrics
- städer i brand - lillasyster lyrics
- gml - lil rugrat lyrics