
bəlkə - elnarə xəlilova lyrics
elnarə xəlilova – bəlkə ft. ilkin hüseynov
bənd 1:
bəlkə bir saatdır, bəlkə daha çox
yoxluğun yol cızır, mən də gedirəm
qoxun var, izin var, amma özün yox
çatmışam keçmişə və ləngiyirəm
bənd 2:
ürəyim içimdə əzilən kimi
sinəmin qapısını döyür, açıram
yadıma sən seçən yar düşən kimi
səni də onunla qoyub qaçıram
nəqərat
indi mən sən olum, sən də ki, mən ol
görək kim kimin ürəyin daşıya bilər?
qoy yer göy üzüylə yerin dəyişsin
görək, kim harada yaşaya bilər?
bənd 3:
hərdən yadıma salanda səni , xatirələr məni bərk edir
hər şey qüsursuz olanda belə , insan yorulur, tərk edir
hərdən bu sevgi dərd olur bizə, doğma şəhərdə mühacirət
fürsət saydığın hər şey əksimizə, bəlkə də bundadır faciə
yad üzdə cizgini tapmağa nə var, ürəyim yüz yerə bölünsə
bu, bir ucsuz adada qalmaq kimiydi, “ikimizi dondurur görürsən” desən
hələ də bu səhvi anlamırsan, bir düzü dörd səhv bağlamırsa
bil, bu oyunda qaydalar yoxdursa belə, sən düzgün oynamırsan
nəqərat
indi mən sən olum, sən də ki, mən ol
görək kim kimin ürəyin daşıya bilər?
qoy yer göy üzüylə yerin dəyişsin
görək kim harda yaşaya bilər?
indi mən sən olum, sən də ki, mən ol
görək kim kimin ürəyin daşıya bilər?
qoy yer göy üzüylə yerin dəyişsin
görək kim harada yaşaya bilər?
Random Song Lyrics :
- arye bekluv - אריה בכלוב - dana berger - דנה ברגר lyrics
- postcard xo - redhook lyrics
- et si tu n'existais pas - acid drinkers lyrics
- solitaire - 5aled lyrics
- sinais - voyvenno lyrics
- for what it’s worth - malinda lyrics
- high - jovemborges lyrics
- overdose, part 3* - lonely cortell lyrics
- homesick - wave to earth lyrics
- habitación 106 - hamlet lyrics