
bilmirəm - elnur məmmədov lyrics
[bənd 1]
bilmək istərəm sözün doğrusunu
kimi düz, kimi sevgi oğrusu
budurmu həyatın da sorğusu?
bunu heç çözə bilmirəm
taleyin yükü ağrı*acılı
hər günüm şəhrizadın nağılı
guya ki yaşaram ömrü qayğılı
bunu heç çözə bilmirəm
[keçid]
sevib, şənlənib
günahdan vaz keçib yaşaram
şirin nəğmələr deyib
hər günü coşaram
bir gün dəysələr xətrimə
bir gün dəysələr xətrimə
[nəqərat]
sel olub yağmurtək göydən yağaram
qaynayıb bulaqtək yenə çağlaram
könül bağçamın qapısın bağlaram
bunu heç çözə bilmirəm
sel olub yağmurtək göydən yağaram
qaynayıb bulaqtək yenə çağlaram
könül bağçamın qapısın bağlaram
bunu heç çözə bilmirəm
[bənd 2]
sevgidən mən imtina etsəm də
vüsal gülü vaxtsız dərsəm də
hicranı ayaq alta sərsəm də
bilin, bu qəlb yenə sevər
nə edib, nə deyim, nə söyləyim?
qismətin şərabın necə içməyim?
beş günlük bu dünyada necə sevməyim?
bilin, bu qəlb yenə sevir
[keçid]
sevib, şənlənib
günahdan vaz keçib yaşaram
şirin nəğmələr deyib
hər günü coşaram
bir gün dəysələr xətrimə
bir gün dəysələr xətrimə
[nəqərat]
sel olub yağmurtək göydən yağaram
qaynayıb bulaqtək yenə çağlaram
könül bağçamın qapısın bağlaram
bunu heç çözə bilmirəm
sel olub yağmurtək göydən yağaram
çağlaram
könül bağçamın qapısın bağlaram
bunu heç çözə bilmirəm
bunu heç çözə bilmirəm
könül bağçamın qapısın bağlaram
bunu heç çözə bilmirəm
Random Song Lyrics :
- antisaint (live at the metro) - chevelle lyrics
- ritmo perfeito - anitta lyrics
- necesito - bunbury lyrics
- ordinary things - lukas graham lyrics
- headbandz freestyle - ladell parks lyrics
- neighborhood hoe freestyle - smug mang lyrics
- jaiye jaiye - wizkid lyrics
- bandz - g-side lyrics
- detention daydreamin' - deezy d lyrics
- gucci down - xanman lyrics