
qarğış - elnur valeh lyrics
[ bənd 1 ]
qədrimi bilmədin mənim, qədrini bilməsinlər heç
dərdimi bölmədin mənim, dərdini bölməsinlər heç
sən ki, mənim ümidlərimi hisslərimi etdin hədər
sevdiyin insan da sənin sevginə verməsin dəyər
[ nəqərat ]
sən də sevəsən aldanasan, mən necə yandım yanasan
onda bilərsən nədir yanmaq
səni bir ömür tərk elədim bunu axırda dərk elədim
hər insana olmur inanmaq
[ bənd 2 ]
səni mənə qəlbim çağırıb, sən o səsi duymamısan
sən məni məndən almısan, məndən əsər qoymamısan
məndə güman yaratmısan, məndə ümid yaratmısan
məni odlara atmısan məni alovlara atmısan
[ nəqərat ]
sən də sevəsən aldanasan, mən necə yandım yanasan
onda bilərsən nədir yanmaq
səni bir ömür tərk elədim bunu axırda dərk elədim
hər insana olmur inanmaq
[ bənd 3 ]
mən sənə bağlanmışdım, mən sənə öyrəşmişdim
nə xəyallar qurmuşdum,nələr fikirləşmişdim
sənin kimi insana nə etibar, inam olsun
haqqımı etmirem halal,sənə haqqım haram olsun
[ nəqərat ]
sən də sevəsən aldanasan, mən necə yandım yanasan
onda bilərsən nədir yanmaq
səni bir ömür tərk elədim bunu axırda dərk elədim
hər insana olmur inanmaq
Random Song Lyrics :
- esseri veri - elise katrine jane lyrics
- next up (feat. masterfade) - airrr lyrics
- flashbacks - different boats lyrics
- be alone - monday hates you lyrics
- urus trucc - dme, blacc zacc & fatt loc lyrics
- all came down - tre' mutava lyrics
- playing wit ya - aluna & walker & royce lyrics
- phases - blaize jenkins lyrics
- valedictorian speech - draco millz lyrics
- horses - alice marie lyrics