
divanə albomu (full album) - elvin nasir lyrics
sözləri:
çəkilin qazi gəlir,allah razi,gəlir
yolunda qurban kəs,ver nəzir niyazi gəlir
itirib əlin qolun,ayağlarını ancaq ki
düşmənə verilməyən bütöv bir ərazi gəlir
bir gözü olmasa da,hamıdan yaxşı görür
o gözün nuru bizim torpağa nurlar saçacaq
ayağın birin kəsiblər,o birinə mil qoyulub
çağırsa yenə də vətən,düşmənin üstünə qaçacaq
o həmin qazidir ki şəhidlik arzusundadır
ağlayır halına yox,dostları şəhid düşüb
bir gecə qəfil oyanmış yuxudan ağlayıraq
ki şəhid dostu gəlib yuxuda şəhidnən görüşüb
çəkilin qazi gəlir,ona hər şey fədadır
bir ovuc torpağı çəkdilər ki bir can elədi
həyatda ən dəyərli şey ki canın sağlıdır
bu adamlar onu bu millətə qurban elədi
çəkilin qazi gəlir,üstündə vətən torpağı
o həmin torpağın üstündə bitən bir çiçəkdir
sağlığını verdiyi torpağda vətən bayrağı var
qazilər keçmişdir,bu gün ki gündür,gələcəkdir
çəkilin qazi gəlir,yolunda çiçək səpin
aldığı güllə yarası bu millətin ürək dağıdır
o sarğılar ki bağlanıbdır onun yaralarına
həmin ol qanlı sarğılar qeyrət bayrağıdır
ki bədən parçalanıb,qeyrəti sağlamdır
o həmin qazidir ki əyilməz heç vaxt vüqarı
güllələr bizə dəysin,qoy olan bizə olsun
yetər ki yarələnmisin belə cənnət diyarı
çəkilin qazi gəlir,allah razi gəlir
yolunda qurban kəs,ver nəzir niyazi gəlir
itirib əlin qolun,ayağlarını ancaq ki
düşmənə verilməyən bütöv bir ərazi gəlir
Random Song Lyrics :
- moravu și blana - faust x nechifor lyrics
- baixa renda - elétron lyrics
- halo - foreign forest lyrics
- провокирай сетивата си - richkata lyrics
- flowers - lieu lyrics
- my side - prznt lyrics
- candy - lil ash lyrics
- august knows - crystal murray lyrics
- yummy - boofpaxkmooky lyrics
- part i: defiance and rage - ancient lyrics