
son vida - elza seyidcahan lyrics
açılmasın, qoy, bu səhər
gətirəcək mənə kədər
ürəyimi söküb didər
bu son vida, bu son görüş…
acı xatirələr qalacaq
yenə qəlbim dolacaq
səni məndən qoparacaq
bu son vida, bu son görüş…
nəqərat:
yalvarıram, gəlmə sabah
ayrılığın olub agah
işlədəcək böyük günah
bu son vida, bu son görüş
kaş, bu görüş olmayaydı
günlərimiz solmayaydı
səni məndən almayaydı
bu son vida, bu son görüş
böylə dərdə kim dözəcək?
dərdim qəddimi əyəcək
əlimi səndən üzəcək
bu son vida, bu son görüş
bu can kimə desin dərdin?
qırma belin sən bu mərdin
məni ondan sən döndərdin
bu son vida, bu son görüş
nəqərat:
yalvarıram, gəlmə sabah
ayrılığın olub agah
işlədəcək böyük günah
bu son vida, bu son görüş
kaş, bu görüş olmayaydı
günlərimiz solmayaydı
səni məndən almayaydı
bu son vida, bu son görüş
açılmasın, qoy, bu səhər
gətirəcək mənə kədər
ürəyimi söküb didər
bu son vida, bu son görüş…
darıxıram, çatmır havam
dağılacaq sabah yuvam
tutacaqdır mənə divan
bu son vida, bu son görüş
Random Song Lyrics :
- deep end - merkules lyrics
- meine mami - rolf zuckowski lyrics
- tengo - manuel ruiz queco lyrics
- son de amores (version salsa) - andy & lucas lyrics
- shikamaru interlude - shawn may lyrics
- full clip (in the choppa) - ayekay lyrics
- t.s.r. - against me! lyrics
- that high lonesome sound - the nashville bluegrass band lyrics
- bier mie - oberschlesien lyrics
- cascades - metric lyrics