
ötən günlər - eyyub yaqubov lyrics
[bənd 1]
axtarıram, qalmayıbdır o nəvaziş
kəsilibdir yaxınlara gediş – gəliş
gözəl günlər indi, görən, harda qaldı?
sevgimizi kim tora saldı?
[keçid]
kim qaytarar o günləri, deyin mənə?
o duyğulu günlərimi verin mənə
sevgi gəlir, nəğmə düşür ürəyimə
sevinc yaşı dolur gözlərimə
[nəqərat]
o günlərdən heç bir əsər də qalmayıb
elə bil ötən günlər, elə bil ötən günlər
bu dünyada olmayıb
o günlərdən heç bir əsər də qalmayıb
elə bil ötən günlər, elə bil ötən günlər
bu dünyada olmayıb
[bənd 2]
o günləri arayıram, hey gəzirəm
təqvimləri yorğun – yorğun süzürəm
gözəl günlər indi, görən, harda qaldı?
sevgimizi kim tora saldı?
[keçid]
kim qaytarar o günləri, deyin mənə?
o duyğulu günlərimi verin mənə
sevgi gəlir, nəğmə düşür ürəyimə
sevinc yaşı dolur gözlərimə
[nəqərat]
o günlərdən heç bir əsər də qalmayıb
elə bil ötən günlər, elə bil ötən günlər
bu dünyada olmayıb
o günlərdən heç bir əsər də qalmayıb
elə bil ötən günlər, elə bil ötən günlər
bu dünyada olmayıb
o günlərdən heç bir əsər də qalmayıb
elə bil ötən günlər, elə bil ötən günlər
bu dünyada olmayıb
o günlərdən heç bir əsər də qalmayıb
elə bil ötən günlər, elə bil ötən günlər
bu dünyada olmayıb
Random Song Lyrics :
- pero nunca me oye - las insólitas imágenes de aurora lyrics
- sobra na - cry of 4114, jude the zaint, dhize lyrics
- holy ghost - levitate lyrics
- no pressure - timaya lyrics
- case - inci0 lyrics
- state of emergency - freedom heart lyrics
- born to run - andy moor & somna lyrics
- finally found - tom kitt lyrics
- google - six o, cheenah lyrics
- kieszenie - hooligan peach lyrics