
ilk görüşdən gəlirəm/qaragöz (popurri) - fəridzadə lyrics
[bənd 1]
əsdi çinar yarpağı
nəğmə dedi könüllər
dindi qızın dodağı
bir döyündü ürəklər
əsdi çinar yarpağı
nəğmə dedi könüllər
dindi qızın dodağı
bir döyündü ürəklər
[nəqərat]
gəldi ömrümün gənclik illəri
ah, nə şadam mən
baxıb həsrətlə
indi gəlirəm mən ilk görüşdən
gəldi ömrümün gənclik illəri
ah, nə şadam mən
baxıb həsrətlə
indi gəlirəm mən ilk görüşdən
[bənd 2]
ürəyimi vermişəm
şahid oldu telləri
bəlkə, yuxu görmüşəm
əlimdə idi əlləri?
ürəyimi vermişəm
şahid oldu telləri
bəlkə, yuxu görmüşəm
əlimdə idi əlləri?
[nəqərat]
gəldi ömrümün gənclik illəri
ah, nə şadam mən
baxıb həsrətlə
indi gəlirəm mən ilk görüşdən
gəldi ömrümün gənclik illəri
ah, nə şadam mən
baxıb həsrətlə
indi gəlirəm mən ilk görüşdən
[bənd 3]
çox yerdə görmüşəm obalar*ellər
bülbüllü bağçalar, sonalı göllər
çox yerdə görmüşəm obalar*ellər
bülbüllü bağçalar, sonalı göllər
axtarıb tapmışam nazlı gözəllər
bizim gözəllərin nazından olmaz
yurdumun oğlundan, qızından olmaz
bizim gözəllərin nazından olmaz
yurdumun oğlundan, qızından olmaz
[nəqərat]
olmaz, olmaz, olmaz
olmaz, olmaz, olmaz
olmaz, olmaz, olmaz
bizim gözəllərin nazından olmaz
yurdumun oğlundan, qızından olmaz
bizim gözəllərin nazından olmaz
yurdumun oğlundan, qızından olmaz
[bənd 4]
axtar yer üzünü, görüm, harada var
bizim dağlardakı əzəmət, vüqar?
axtar yer üzünü, görüm, harada var
bizim dağlardakı əzəmət, vüqar?
hər yerdə gözəllik fəslidir bahar
mənim diyarımın yazından olmaz
ayna bulaqların buzundan olmaz
aşıq ələsgərin sazından olmaz
yurdumun oğlundan, qızından olmaz
[nəqərat]
olmaz, olmaz, olmaz
olmaz, olmaz, olmaz
olmaz, olmaz, olmaz
bizim gözəllərin nazından olmaz
yurdumun oğlundan, qızından olmaz
bizim gözəllərin nazından olmaz
yurdumun oğlundan, qızından olmaz
[bənd 5]
bağçalarda barım var
bir heyva, bir narım var
bağçalarda barım var
bir heyva, bir narım var
qələm qaş, qara gözlü
xoş baxışlı yarım var
sevimli, şirin dilli
xoş baxışlı yarım var
belə gəl, qaragöz
[nəqərat]
gəl, gəl, qaragöz
ürəyimdə yara, köz
ey dərdimə sən çara çöz
belə gəl, qaragöz
gəl, gəl, gəl, qaragöz
ürəyimdə yara, köz
ey dərdimə sən çara çöz
belə gəl, qaragöz
[bənd 7]
bu dağların meşəsi
gözəldir bənövşəsi
bu dağların meşəsi
gözəldir bənövşəsi
könülsüz gedən qızın
ağlamaqdır peşəsi
könülsüz gedən qızın
ağlamaqdır peşəsi
belə gəl, qaragöz
[nəqərat]
gəl, gəl, qaragöz
ürəyimdə yara, köz
ey dərdimə sən çara çöz
belə gəl, qaragöz
gəl, gəl, gəl, qaragöz
ürəyimdə yara, köz
ey dərdimə sən çara çöz
belə gəl, qaragöz
[bənd 8]
gülüşlərin cingildəsin saz kimi
hər tərəfə yayılsın avaz kimi
sən güləndə könül gülsün yaz kimi
[nəqərat]
gülə*gülə, gülə*gülə, ay xanım
gülə*gülə, gülə*gülə al canım
gülə*gülə, gülə*gülə, ay xanım
sənə qurban olsun bu şirin canım
[bənd 9]
yasəmənlər açıb çiçəklənəndə
bənövşələr küsüb boynun əyəndə
şeh düşəndə, güllər də şehlənəndə
[nəqərat]
gülə*gülə, gülə*gülə, ay xanım
gülə*gülə, gülə*gülə al canım
gülə*gülə, gülə*gülə, ay xanım
sənə qurban olsun bu şirin canım
Random Song Lyrics :
- toast - zack farlow lyrics
- if you get scared - d'sound lyrics
- ark - we are the ocean lyrics
- tout est fini - marvin zouk lyrics
- got that - shelem lyrics
- once again - ginny vee lyrics
- intro - iam lyrics
- 35% (feat. christian johansen) - forever in combat lyrics
- la despedida - ronal herrera remix - daddy yankee lyrics
- were before - cults lyrics