
sən deyilsən - fəxri kazım - nicat lyrics
[bənd 1]
nə gördümsə, əzəl gördüm
sonra bağda xəzəl gördüm
yuxumda bir gözəl gördüm
sən deyilsən
yaz oyanıb yaz bir günü
hələ qönçələr bükülüb
sağ əlimdə novruzgülü
sən deyilsən
yaz oyanıb yaz bir günü
hələ qönçələr bükülüb
sağ əlimdə novruzgülü
sən deyilsən
[nəqərat]
xəyallar oynar başımda
ömrün*günün bu yaşında
bir ad yaşar yaddaşımda
sən deyilsən
xəyallar oynar başımda
ömrün*günün bu yaşında
bir ad yaşar yaddaşımda
sən deyilsən
bir ad yaşar yaddaşımda
sən deyilsən
[bənd 2]
hələ gün var, gələcək var
hər çiynimdə bir mələk var
taleyimdə bir çiçək var
sən deyilsən
eh, bəlkə də, adın olub
amma bu ad yadın olub
məni sevən qadın olub
sən deyilsən
eh, bəlkə də, adın olub
amma bu ad yadın olub
məni sevən qadın olub
sən deyilsən
[nəqərat]
xəyallar oynar başımda
ömrün*günün bu yaşında
bir ad yaşar yaddaşımda
sən deyilsən
xəyallar oynar başımda
ömrün*günün bu yaşında
bir ad yaşar yaddaşımda
sən deyilsən
bir ad yaşar yaddaşımda
sən deyilsən
bir ad yaşar yaddaşımda
sən deyilsən
Random Song Lyrics :
- turnin' my heartbeat up - the m.v.p.'s (soul) lyrics
- disposable teens - 2phat 4porn lyrics
- cryandwhine - sevenhills lyrics
- nvr2geeked - hardrock lyrics
- stay n tune - va11c lyrics
- healing fields - dollmight & akorie lyrics
- gpt - enghel lyrics
- liewe pa - jurie els lyrics
- заскоки (hacks) - евгенияонегина (evgeniyaonegina) lyrics
- the gates - zhu & zero 9:36 lyrics