
novruzum - faiq ağayev lyrics
[bənd 1]
gül*çiçəklər bürüyər dağı, çölü, çəməni
süfrələri bəzəyər yaşıl telli səməni
arzu*istək gizlənər süfrələrin şamında
sevinər ana yurdum bu bayram axşamında!
[nəqarət]
tonqallar alovlanır
hər evdə gözəl xonça
bu gün el bayramıdır
deyib*gülək doyunca!
tonqallar alovlanır
hər evdə gözəl xonça
bu gün el bayramıdır
deyib*gülək doyunca!
[bənd 2]
bizə sevinc gətirər durnalar qatar*qatar
qonşu qapılarına uşaqlar papaq atar
hamı tələsər bu gün öz yurduna*evinə
xoş gəlmisən, novruzum, azərbaycan elinə!
[nəqarət]
tonqallar alovlanır
hər evdə gözəl xonça
bu gün el bayramıdır
deyib*gülək doyunca!
tonqallar alovlanır
hər evdə gözəl xonça
bu gün el bayramıdır
deyib*gülək doyunca!
[bənd 3]
bu novruz bayramında hər bir ürək şən olar
unudular kin*nifrət, gün gecəylə tən olar
hər evə, hər ocağa ruzi*bərəkət gələr
novruzun gəlişini el həsrətlə gözləyər!
[keçid]
sevinir ana yurdum
haydi, yallı gedək!
xoş gəlmisən, novruzum
qədəmlərin mübarək!
sevinir ana yurdum
haydi, yallı gedək!
xoş gəlmisən, novruzum
qədəmlərin mübarək!
[nəqarət]
tonqallar alovlanır
hər evdə gözəl xonça
bu gün el bayramıdır
deyib*gülək doyunca!
tonqallar alovlanır
hər evdə gözəl xonça
bu gün el bayramıdır
deyib*gülək doyunca!
Random Song Lyrics :
- empty - jung dae hyun (정대현) lyrics
- sans-cœur - marc-andré sauvageau lyrics
- options - loren gray lyrics
- малиновые губы - денис лирик lyrics
- all the things - chrysta bell lyrics
- stefflon don - westside gunn lyrics
- the hadith of mercy - talib al habib lyrics
- por la envidia - el boy c feat. barbel lyrics
- over gold - westside gunn lyrics
- evidence joint - westside gunn lyrics