
qərib gecədə - faiq ağayev lyrics
[bənd 1]
gülüm, səsləmə, geri dönmərəm
yüz yol dindirsən, mən dinmərəm
bil ki, sevmirəm geri baxmağı
sənli xatirəm * bir göz dağı
küləklər söyləyin, siz bilirsiz
niyə zildən belə coşur dəniz?
duyub həsrətimi, siz deyirsiz
ayrılıq nəğməsi qoşur dəniz
[nəqərat]
qərib gecədə necə həvəslə
suda ulduzlar əksini tapır
ümid xəyalım dönür həsrətə
tənha ulduztək səmadan baxır
[bənd 2]
heçdən bezmişəm, bir ümidim yox
vəfasız dostla bir işim yox
gəl, sus, oyatma, xatirə yatsın
de, axı nə üçün o oyansın?
küləklər söyləyin, siz bilirsiz
niyə zildən belə coşur dəniz?
duyub həsrətimi, siz deyirsiz
ayrılıq nəğməsi qoşur dəniz
[nəqərat]
qərib gecədə necə həvəslə
suda ulduzlar əksini tapır
ümid xəyalım dönür həsrətə
tənha ulduztək səmadan baxır
Random Song Lyrics :