
bu qatarın dalınca baxma - flora kərimova lyrics
[bənd 1]
məni aldı səndən, getdi bu qatar
göydə bircə ovuc tüstüsü qaldı
saçında əlimin tumarı qaldı
ovcunda əlimin istisi qaldı
[nəqərat]
baxma, bu qatarın dalınca baxma
gözlərini yorunca, baxma, baxma
qaşların altında cüt yarpaq kimi
gözlərin saralıb solunca, baxma
qaşların altında cüt yarpaq kimi
gözlərin saralıb solunca, baxma
baxma, baxma…
[bənd 2]
uzaqdan, yaxından keçər bu qatar
gecələr yuxundan keçər bu qatar
gülsən, gülüşünü doğrayar, biçər
ah çəksən, ahından keçər bu qatar
[nəqərat]
baxma, bu qatarın dalınca baxma
gözlərini yorunca, baxma
qaşların altında cüt yarpaq kimi
gözlərin saralıb solunca, baxma
qaşların altında cüt yarpaq kimi
gözlərin saralıb solunca, baxma
baxma, baxma…
[bənd 3]
mən getdim, dünya ki qaldı yerində
dünyanın payızı, baharı qaldı
ovcunda əlimin istisi qaldı
saçında əlimin tumarı qaldı
[nəqərat]
baxma, bu qatarın dalınca baxma
gözlərini yorunca, baxma, baxma
qaşların altında cüt yarpaq kimi
gözlərin saralıb solunca, baxma
baxma, baxma, baxma
[çıxış]
məni aldı səndən, getdi bu qatar
göydə bircə ovuc tüstüsü qaldı
Random Song Lyrics :
- canyouseetheskyfalling - swerfey lyrics
- i hate mama - vibe (kor) lyrics
- blackenized - hank ballard lyrics
- ndakuyanda - abel chungu musuka lyrics
- mute - gozyknify lyrics
- barricade - zen online lyrics
- burn - asy saavedra lyrics
- sukcesu cena remix - t.w.r. lyrics
- en sus ojos había odio - tankeone lyrics
- happier than ever (live) - snl - billie eilish lyrics