
gülə verərdim - flora kərimova lyrics
[bənd 1]
mən bir tarzən olub çala bilsəydim
arzumu, sözümü telə verərdim
mən bir tarzən olub çala bilsəydim
arzumu, sözümü telə verərdim
xanəndə eşqimi car eyləsəydi
min bəmi bir kəsik zilə verərdim
xanəndə eşqimi car eyləsəydi
min bəmi bir kəsik zilə verərdim
[nəqərat]
sevgilim, seyr edək gəl bu aləmi
gəl, bayram eyləsin qoy vüsal dəmi
səninlə olduğum bir dəqiqəmi
sənsiz keçirdiyim ilə verərdim
[bənd 2]
bülbül nalə çəkər vüsal dəmində
gülün ləçəkləri solar çəməndə
bülbül nalə çəkər vüsal dəmində
gülün ləçəkləri solar çəməndə
təbiətin hökmü olsaydı məndə
qanqalın ömrünü gülə verərdim
təbiətin hökmü olsaydı məndə
qanqalın ömrünü gülə verərdim
[nəqərat]
sevgilim, seyr edək gəl bu aləmi
gəl, bayram eyləsin qoy vüsal dəmi
səninlə olduğum bir dəqiqəmi
sənsiz keçirdiyim ilə verərdim
Random Song Lyrics :
- aamukahvit - juno lyrics
- you & i - sandy lyrics
- cagar anzuelos - el reno renardo lyrics
- 451° farenheita - donguralesko prod. lanek lyrics
- crash - sandy lyrics
- o for a thousand tongues to sing - zach sprowls lyrics
- sleepwalker - kennedy's bridge lyrics
- bohemian rhapsody - ortopilot lyrics
- el dorado - hunter brothers lyrics
- everything comes to an end - memories & reunions lyrics