
həyatım mənim - flora kərimova lyrics
[bənd 1]
mən səni bir an qəmli gördüm
bir qərib dağa oxşar ürəyim
eşqindir bəzəyən mənin ömrümü
şövkətinlə sənin alışar ürəyim
[nəqərat]
ey həyatım mənim
ey ümidim, nicatım mənim
gəl, hüsnünə sənin yaraşar ürəyim
[bənd 2]
gəl, ömrüm*günüm sənə bağlıdır
gözlərin sanki çilçıraqlıdır
eşqinə düşməkdə canım haqlıdır
cahanı səninlə dolaşar ürəyim
[nəqərat]
ey həyatım mənim
ey ümidim, nicatım mənim
gəl, hüsnünə sənin yaraşar ürəyim
[bənd 3]
yer üzü günəş dolu, ürəkli
heç vüsal günü əzab gərəkmi?
söylə, bir pərisən, ya bir mələkmi?
hər görəndə səni sayrışar ürəyim
[nəqərat]
ey həyatım mənim
ey ümidim, nicatım mənim
gəl, hüsnünə sənin yaraşar ürəyim
[çıxış]
söylə, bir pərisən, ya bir mələkmi?
hər görəndə səni sayrışar ürəyim
söylə, bir pərisən, ya bir mələkmi?
hər görəndə səni sayrışar ürəyim
Random Song Lyrics :
- ramiro - lildami lyrics
- krvave suze - nas pet lyrics
- serve em up - melly mike lyrics
- нумизматик (numismatics) - элджей (eldzhey) lyrics
- rien d'intéressant - 3010 lyrics
- how we intended album trailer - marlon craft lyrics
- look what you've done - carolina deslandes lyrics
- ain't too proud to beg - king b lyrics
- won't give you up - tom tom club lyrics
- until my heart stops beating - hamilton lyrics