
hardan biləsən - flora kərimova lyrics
[bənd 1]
hələ eniş*yoxuşlu
yollar yormayıb səni
bir bənövşə naminə
gəzməmisən çəməni
özün körpə çiçəksən
necə duyasan məni?
hicranın ağrısını
gorməmisən hələ sən
məhəbbətin qədrini
axı, hardan biləsən?
məhəbbətin qədrini
axı, hardan biləsən?
[nəqərat]
sənə xatirə deyil
düşən yarpaq, solan gül
gecələr oyaq qalıb
gözü yaşla dolan gül
sənə xatirə deyil
düşən yarpaq, solan gül
gecələr oyaq qalıb
gözü yaşla dolan gül
dünya hələ sənindir
şadlan, oyna, dolan, gül
bu həyatı özgədə
gorməmisən hələ sən
məhəbbətin qədrini
axı, hardan biləsən?
məhəbbətin qədrini
axı, hardan biləsən?
[bənd 2]
hər kədəri, hər qəmi
ürəyə salmamısan
bir kəlmə cavab üçün
nigaran qalmamısan
birinə könül verib
iztirab almamısan
bu könüllü əzabdan
xəbərsizsən hələ sən
məhəbbətin qədrini
axı, hardan biləsən?
məhəbbətin qədrini
axı, hardan biləsən?
[nəqərat]
sənə xatirə deyil
düşən yarpaq, solan gül
gecələr oyaq qalıb
gözü yaşla dolan gül
sənə xatirə deyil
düşən yarpaq, solan gül
gecələr oyaq qalıb
gözü yaşla dolan gül
dünya hələ sənindir
şadlan, oyna, dolan, gül
bu həyatı özgədə
gorməmisən hələ sən
məhəbbətin qədrini
axı, hardan biləsən?
məhəbbətin qədrini
axı, hardan biləsən?
Random Song Lyrics :
- jade - kanekisound サウンド lyrics
- gasolina - llena su tanque de adrenalina - young fire lyrics
- land of confusion - pink cream 69 lyrics
- das erste buch grau - herr von grau lyrics
- special esek shachor 2010 - ספיישל עסק שחור 2010 - peled - פלד lyrics
- last night at a party - faron young lyrics
- rayat - رايات - black bannerz lyrics
- tú corazón - playa limbo lyrics
- michael jackson - kyle bent lyrics
- la barca - los ángeles negros lyrics