
ilk məhəbbət - flora kərimova lyrics
[bənd 1]
köksümdə hicranın ahı*naləsi
gözümdə kədərin qəm şəlaləsi
qəlbimdə ümidin zəif şöləsi
özümdən xəbərsiz mən xəlvət*xəlvət
səni axtarıram, ay ilk məhəbbət
qəlbimdə ümidin zəif şöləsi
özümdən xəbərsiz mən xəlvət*xəlvət
səni axtarıram, ay ilk məhəbbət
[nəqərat]
xəyalın rahatlıq verməyir mənə
gah məni qınayır, gah edir tənə
xəyalın rahatlıq verməyir mənə
gah məni qınayır, gah edir tənə
vallah qovuşmaqçün səninlə yenə
boylanır yoluna intizar, həsrət
səni axtarıram, ay ilk məhəbbət
vallah qovuşmaqçün səninlə yenə
boylanır yoluna intizar, həsrət
səni axtarıram, ay ilk məhəbbət
[bənd 2]
artır günü*gündən saçımın dəni
çəkilmir üzümdən qüssənin çəni
nə ağır sınağa çəkmisən məni
barı çıx qarşıma, eylə mərhəmət
səni axtarıram, ay ilk məhəbbət
nə ağır sınağa çəkmisən məni
barı çıx qarşıma, eylə mərhəmət
səni axtarıram, ay ilk məhəbbət
[nəqərat]
atəşim sönsə də, közərir közüm
səbrim də kök atır, göyərir dözüm
atəşim sönsə də, közərir közüm
səbrim də kök atır, göyərir dözüm
amma vallah ki göynəyir gözüm
bir gün görmək üçün səni, nəhayət
səni axtarıram, ay ilk məhəbbət
amma vallah ki göynəyir gözüm
bir gün görmək üçün səni, nəhayət
səni axtarıram, ay ilk məhəbbət
səni axtarıram, ay ilk məhəbbət
səni axtarıram, ay ilk məhəbbət
Random Song Lyrics :
- (you gotta walk) don't look back - 2002 remastered version - peter tosh lyrics
- the temple of hip hop - diib lyrics
- track ouane - cyril s. lyrics
- so low - mads veslelia lyrics
- regen - pray lyrics
- yeezy boost - face lyrics
- go hard or go homogenous - busdriver lyrics
- i've known you since i was a kid - semiotics lyrics
- zu viel, zu wenig - capital bra lyrics
- me and you - ziggy lyrics