
səni unutmaqdan ötrü - güllü muradova lyrics
[bənd 1]
ən dözülməz ağrılara, acılara tab edirəm
şeytandan ümid umuram, iblisə xitab edirəm
ürəyimin al qanını döndərib kabab edirəm
başıma çəkib içirəm səni unutmaqdan ötrü
arzumu kəsib biçirəm səni unutmaqdan ötrü
[nəqərat]
röyalara meyl edirəm, bəlkə, yadımdan çıxasan
gözlərimi qırpan təki görürəm, mənə baxırsan
sən həqiqətin özüsən, ay aman, ya xəyalısan, yuxusan?
öz*özümlə döyüşürəm səni unutmaqdan ötrü
qabıq verib dəyişirəm səni unutmaqdan ötrü
[bənd 2]
ayla həmfikir oluram uzun*uzun gecələri
gündüzləri sağa*sola hey ölçürəm küçələri
otağımda gizlənirəm, sındırırsan pəncərəmi
ünvanımı dəyişirəm səni unutmaqdan ötrü
daha nə yollar düşünürəm səni unutmaqdan ötrü
[nəqərat]
röyalara meyl edirəm, bəlkə, yadımdan çıxasan
gözlərimi qırpan təki görürəm, mənə baxırsan
sən həqiqətin özüsən, ya xəyalısan, yuxusan?
öz*özümlə döyüşürəm səni unutmaqdan ötrü
qabıq verib dəyişirəm səni unutmaqdan ötrü
səni unutmaqdan ötrü…
Random Song Lyrics :
- día de pinta - gibsai lyrics
- bandz up - 트루디 feat. dok2 lyrics
- shar zemnoj (шар земной) - би-2 lyrics
- rich love (givenchy x versace) - belce lyrics
- lurkin - 615 lyrics
- п. м. м. л. - земфира lyrics
- fables (feat. chronixx) - allan kingdom feat. chronixx lyrics
- mi jefe - mojinos escozios lyrics
- nasi uduk - seruni bahar lyrics
- silent scars - caelum's edge lyrics