
dünya - gülyanaq məmmədova & alişka lider lyrics
[bənd 1]
bu dünya əbədi deyil
əbədi olmayıb, olmayacaq da
o dünya əbədidir
bunu bil, o dünya əbədi olacaq
dünya əldən*ələ keçmir
fırlandıqca hey fırlanacaq
yaxşı əməllərin, pis əməllərin
o dünyada hesablanacaq
bu dünyanın təməli, əməli
heç vaxt bilinməyib, bilinməyəcək
bu dünyada zülm çəkənlər
elə bilmə, o dünyada da zülm çəkəcək
kimi cənnət, kimi cəhənnəm
kimi ləzzət görüb ya yanacaq
sanma ki, bu dünya bizimdir
bu dünya heç kimə qalmayacaq
[keçid]
dünya hey fırlanır belədən*belə
zamanı önləyib ötən olmasın
dünya fırlanır ki, keçməsin ələ
onun ətəyini tutan olmasın
[nəqərat]
bu dünyadan alimlər də baş açmayır
bu dünya hey fırlanır, vədə almayır
sultanlara da dünya, əfsus, qalmayır
bu dünya heç kimə, heç kəsə qalmayır
bu dünyadan alimlər də baş açmayır
bu dünya hey fırlanır, vədə almayır
sultanlara da dünya, əfsus, qalmayır
bu dünya heç kimə, heç kəsə qalmayır
[bənd 2]
yalandır, yalandır, dünya yalandır
yalan dünya, söylə, kimlərə qalandır?
sanma ki, bu dünya qoca dünyadır
bizləri qocaldır, özü cavandır
sanma ki, bu dünya bizim, ya sizin
elə yaşa ki, həyatda qalsın izin
bu dünyada kimi kef eyləyir
o dünyada sürünür dizin*dizin
olma zülmkar, etmə zülm
dünya tamahına sən tuş gəlmə
hər kəsə də söyləmə, ey gülüm
bu dünya asan deyil, asan bilmə
kim deyir: “dünya mənim
dünya sənin, dünya heç kimin”
olmayacaqdır bu dünya heç kimin, bunu bilin
bu dünya heç kimə qalmayacaqdır
[keçid]
fırlanır bu dünya, dönsün bu gərdiş
idrakın önündə an əyilməsin
fırlanır bu dünya, insan ölməmiş
dünyadan dünyaya keçə bilməsin
[nəqərat]
bu dünyadan alimlər də baş açmayır
bu dünya hey fırlanır, vədə almayır
sultanlara da dünya, əfsus, qalmayır
bu dünya heç kimə, heç kəsə qalmayır
bu dünyadan alimlər də baş açmayır
bu dünya hey fırlanır, vədə almayır
sultanlara da dünya, əfsus, qalmayır
bu dünya heç kimə, heç kəsə qalmayır
bu dünya heç kimə, heç kəsə qalmayır
bu dünyadan alimlər də baş açmayır
bu dünya hey fırlanır, vədə almayır
sultanlara da dünya, əfsus, qalmayır
bu dünya heç kimə, heç kəsə qalmayır
bu dünyadan alimlər də baş açmayır
bu dünya hey fırlanır, vədə almayır
sultanlara da dünya, əfsus, qalmayır
bu dünya heç kimə, heç kəsə qalmayır
Random Song Lyrics :
- believe - ella henderson lyrics
- growing pains - nyallah lyrics
- rain or shine - young fathers lyrics
- знамя (znamya) - рем дигга (rem digga) lyrics
- de pai para filho - hebo imoxi lyrics
- 갈증 (thirst) - fiestar lyrics
- consentement - mylène farmer lyrics
- duchess deadtime - fyystar lyrics
- not too long ago - prezi lyrics
- buzzer shot - disiz la peste lyrics