ana həsrəti - gülyanaq məmmədova lyrics
[bənd 1]
gizlənib hər axşam pərdə dalında
anamın üzünü axtarıram mən
mənə doğma olan yadlar yanında
sözlərin düzünü
sözlərin düzünü axtarıram mən
[nəqərat]
hər şeyin həddi var həsrət savayı
axı həsrət çəkən yaşım da deyil
ürəyimdən keçir ana laylası
heyif ki, yatanda başımda deyil
[bənd 2]
hərə bir söz deyir, çaşıb qalmışam
bilmirəm, inanım, yoxsa aldanım?
bacımı birtəhər başa salmışam
sənin anan mənəm
sənin anan mənəm, ay mənim canım
[nəqərat]
hər şeyin həddi var həsrət savayı
axı həsrət çəkən yaşım da deyil
ürəyimdən keçir ana laylası
heyif ki, yatanda başımda deyil
[bənd 3]
elə kövrəlmişəm, elə dolmuşam
yağmağın gözləyən buludlar kimi
qüssəli bir qızam, elə solmuşam
yarpağın tez tökən
yarpağın tez tökən palıdlar kimi
[nəqərat]
hər şeyin həddi var həsrət savayı
axı həsrət çəkən yaşım da deyil
ürəyimdən keçir ana laylası
heyif ki, yatanda başımda deyil
[çıxış]
hər şeyin həddi var həsrət savayı
axı həsrət çəkən yaşım da deyil
ürəyimdən keçir ana laylası
heyif ki, yatanda başımda deyil
heyif ki, yatanda başımda deyil
Random Song Lyrics :