
deyə bilmədim - gülyanaq məmmədova lyrics
Loading...
[bənd 1]
min dəfə qəlbimdə, * “sevirəm”, * dedim
üzünə bir dəfə deyə bilmədim
min dəfə gözünün hədəfi idim
bir dəfə qəlbimi duya bilmədin
[nəqərat]
həyatda eşqimi aça bilmədim
bu, mənim günahım, qəbahətimdir
eşqdə bu, nazdır, duyarsan, dedim
hicrinə yanmağım mükafatımdır
[bənd 2]
o vaxt gizli sənə demədiyimi
indi isə ellərə car çəkirəm mən
qaytar o günləri günahkar kimi
məhəbbət binasını quraq yenidən
[nəqərat]
həyatda eşqimi aça bilmədim
bu, mənim günahım, qəbahətimdir
eşqdə bu, nazdır, duyarsan, dedim
hicrinə yanmağım mükafatımdır
Random Song Lyrics :